Ermənistanda koronavirusa yoluxanların sayı 250 mini ötüb


Digərləri 15 Sen 2021 18:36:00 136 0

Ermənistanda koronavirusa yoluxanların sayı 250 mini ötüb

Ermənistanda daha 756 nəfər COVID-19-a yoluxub.

Son.az bildirir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

Bildirilib ki, Ermənistanda koronavirusa yoluxanların sayı 250 559-a çatıb. Son sutkada koronavirusdan 22 nəfər ölüb. Bununla da koronavirusdan vəfat edənlərin sayı 5 056-ya yüksəlib.

Koronavirusa yoluxan 233 910 nəfər sağalıb. Hazırda 10 412 pasiyent müalicə olunur.