Bu ölkədə sosial məsafə qadağası ləğv edilir


Dünya 15 Sen 2021 18:06:00 110 0

Bu ölkədə sosial məsafə qadağası ləğv edilir

Niderlandda sentyabrın 25-dən etibarən koronavirus pandemiyası ilə mübarizədə tətbiq olunan bir sıra tədbirlər yumşaldılır və sosial məsafə qadağası ləğv edilir.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri vəzifəsini icra edən Mark Rutte keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, sentyabrın 25-də insanlar arasında 1,5 m məsafə saxlamaq qaydası ləğv ediləcək. Bununla yanaşı, kafelərdə, barlarda, restoranlarda, teatrlarda və kinoteatrlarda peyvənd sertifikatını təqdim etmək məcburi hala çevriləcək. İstisna muzeylər və kitabxanalardır. Kafe, bar və restoranların icazə verilən iş saatları dəyişməyəcək​ (00:00-06:00 bağlı qalmalıdır). Klublar və diskotekalar yenidən açılacaq, ancaq gecə yarısında bağlanacaq.

Yumşalma bəzi festivalların keçirilməsinə təsir edəcək. Maksimum tutumun 75 faizdən çoxu doldurulmamaq şərti ilə və yalnız peyvənd sənədi olan insanlar üçün qapalı kütləvi tədbirlərə icazə veriləcək. Bundan əlavə çoxgünlük festivallara icazə veriləcək. Futbol matçları yenidən tam dolu tribunalarla oynanıla bilər.

İctimai nəqliyyatda maska ​​rejimi qüvvədə qalacaq.

Son məlumatlara görə, Niderlandda 12 yaşdan yuxarı insanlar arasında vaksinasiya nisbəti 79 faizdir.