Üç qardaşın birliyi kimləri narahat edir? Abdullah Ağardan


Siyasət 15 Sen 2021 17:30:00 48 0

Üç qardaşın birliyi kimləri narahat edir?  Abdullah Ağardan

"Azərbaycanın Türkiyə ilə birgə gerçəkləşdirdiyi hərbi təlimlər və ya bu təlimlərə Pakistanın da daxil olması beynəlxalq hüquqa uyğundur, ölkələrin qarşılıqlı razılaşmaları çərçivəsində ortaya çıxan vacib reallıqdır. Burada hər hansı bir hərbi bazanın yaradılmasından, qoşun yerləşdirilməsindən söhbət getmir, mövzunun Xəzərlə ilə yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur". 

Bunu Son.az-a açıqlamasında türkiyəli hərbi və təhlükəsizlik üzrə ekspert Abdullah Ağar deyib.

Türkiyəli ekspert İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadənin açıqlamasını şərh edərək, İranın səbəbsiz yerə bəzi şeylərdən narahat olduğunu qeyd edib:

"YPG/PKK başda olmaqla, İran hərbiçilərinin Türkiyəyə qarşı təhrik edilməsi və istifadə olunması başda olmaqla bir çox gərginlik nöqtəsi var. Amma İran rəsmisinin bu fikirləri manipulyasiyadır. Onun bu bəyanatı "öküz altında buzov" axtarmağa bənzəyir. Çünki Türkiyənin Azərbaycanda keçirdiyi hərbi təlimin İranı təhdid edən və Xəzər dənizinin statusunu pozacaq bir tərəfi yoxdur.

Narahat qüvvələr var...

Hələ də İran TIR-larının Qarabağda görünməsi dostluğa və qardaşlığa uyğun gəlmir, Ermənistanı dəstəklədiyi bir məqamda Türkiyə və Azərbaycanı özündən uzaqlaşdıran hiyləgər bir siyasət yürütdüyünü ən yaxşı özü bilir.

II Qarabağ müharibəsində Türkiyə, Pakistan və Azərbaycan bir-birinə ət, sümük kimi sarıldı. Xüsusi ilə də bu müddət ərzində üç bayraq bir yerdə dalğalanırdı. Bu dövlətlərin həm müharibədən, həm ölkələrin, xalqların bir-birinə yaxınlığından qaynaqlanan, həm də strateji və geosiyasi sferalarda bir-biri ilə işbirliyi mənzərəsi mövcuddur. Əslində İrandakı narahatlığın təməlində, kökündə bu məsələ dayanır. Türkiyə, Azərbaycan və Pakistanın bir-birinə yaxınlaşması bəzi region güclərini narahat edir. İki ölkənin (Azərbaycan və Türkiyənin) bir araya gəlməsi necə böyük uğurlara, nəticələrə səbəb olubsa, üç ölkənin (Azərbaycan, Türkiyə və Pakistan) bir araya gəlməsi də daha böyük uğurlar qazandıracaq. Bu üç qardaşa qarşı çıxan qüvvələr məqsədlərinə çata bilməyəcəklər".

Xatırladaq ki, üç gün əvvəl İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bu gün keçirdiyi brifinqdə deyib ki, Xəzəryanı dövlətlərin ümumi razılığına əsasən, hövzədə digər ölkələrin hərbi mövcudluğu yolverilməzdir. O, Azərbaycan və Türkiyənin Xəzər dənizində birgə hərbi manevrlər keçirməsini şərh edib: "Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyasında hərbi iştirak məsələsi açıq şəkildə izah olunub. Beş sahil əyalətinin razılaşmaları digər ölkələrin hövzədə hərbi varlığını qanunsuz edir. Xəzər dənizində Azərbaycan-Türkiyə birgə təlimləri məsələsi Xarici İşlər Nazirliyində araşdırılır".

Təhməz Əsədov Son.az

Güclü külək əsəcək  XƏBƏRDARLIQ like
  • 15 Sen 17:24  
Digərləri Güclü külək əsəcək XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında sentyabrın 16-sı axşamdan 17-si günün

arrow Ətraflı
Ərdoğan Bakının işğaldan azad edilməsinin ildönümü ilə bağlı təbrik mesajı yayıb  FOTO like
  • 15 Sen 17:22  
Siyasət Ərdoğan Bakının işğaldan azad edilməsinin ildönümü ilə bağlı təbrik mesajı yayıb FOTO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bakının erməni-bolşevik işğa

arrow Ətraflı
Azərbaycan, Türkiyə və Pakistan birgə hərbi təlimləri dünyaya mesajdır   VİDEO like
  • 15 Sen 17:20  
Digərləri Azərbaycan, Türkiyə və Pakistan birgə hərbi təlimləri dünyaya mesajdır VİDEO

Son.az Trend-ə istinadən BİA "Sahil Kərimli ilə Aktual" müəlli

arrow Ətraflı
“Yaqub Zurufçu və Səyyad Əlizadə peyvənd olunublar, amma...” – Ailələrindən açıqlama like
  • 15 Sen 17:18  
Şou-biznes “Yaqub Zurufçu və Səyyad Əlizadə peyvənd olunublar, amma...” – Ailələrindən açıqlama

Xəbər verdiyimiz kimi, əməkdar artist Yaqub Zurufçu koronavirusdan vəfat e

arrow Ətraflı
Bakıda daha bir əməliyyat  Saxlanılanlar var  VİDEO  FOTO like
  • 15 Sen 17:12  
Digərləri Bakıda daha bir əməliyyat Saxlanılanlar var VİDEO FOTO

Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşları tər

arrow Ətraflı
Azərbaycanda dünya çempionu həbs edilib  FOTO like
  • 15 Sen 17:06  
Digərləri Azərbaycanda dünya çempionu həbs edilib FOTO

Universal-döyüş və digər idman növü üzrə dünya və Avropa çempionu X

arrow Ətraflı
Azərbaycanda çörəyin qiyməti dəyişdi  FOTO like
  • 15 Sen 16:54  
Digərləri Azərbaycanda çörəyin qiyməti dəyişdi FOTO

Bu gün səhər saatlarından etibarən marketlərdə bəzi növ çörəklərin

arrow Ətraflı
"Üç qardaş  2021” beynəlxalq təlimi davam edir  VİDEO  FOTO like
  • 15 Sen 16:52  
Digərləri "Üç qardaş 2021” beynəlxalq təlimi davam edir VİDEO FOTO

Azərbaycan, Türkiyə və Pakistanın Xüsusi Təyinatlı Qüvvələrinin nüma

arrow Ətraflı
Əməkdar artist kişilərin şalvarından danışdı: like
  • 15 Sen 16:48  
Şou-biznes Əməkdar artist kişilərin şalvarından danışdı:

Əməkdar artist Gülüstan Əliyeva "Bazar düzü" verilişində qona

arrow Ətraflı
Şəhid ailəsi şikayətçidir  VİDEO  FOTO like
  • 15 Sen 16:42  
Digərləri Şəhid ailəsi şikayətçidir VİDEO FOTO

Birinci Qarabağ müharibəsi zamanı şəhid olmuş Qazax rayonu Xanlıqlar kə

arrow Ətraflı
Hansı ölkələrdə uşaqlar COVIDə qarşı peyvənd olunur? like
  • 15 Sen 16:36  
Dünya Hansı ölkələrdə uşaqlar COVIDə qarşı peyvənd olunur?

Son vaxtlar bir çox ölkə 12-15 yaş arası uşaqların COVID-19 əleyhinə pe

arrow Ətraflı
Gəncədə şirkətdə baş verən partlayışla bağlı cinayət işi başlandı like
  • 15 Sen 16:30  
Digərləri Gəncədə şirkətdə baş verən partlayışla bağlı cinayət işi başlandı

3 ay əvvəl Gəncədə şirkətdə baş verən partlayışla bağlı cinayət i

arrow Ətraflı
İranda ötən sutka 452 nəfər koronavirusdan ölüb like
  • 15 Sen 16:24  
Digərləri İranda ötən sutka 452 nəfər koronavirusdan ölüb

İranda ötən sutka ərzində 452 nəfər koronavirusdan (COVID-19) ölüb, 19

arrow Ətraflı
Afət Fərmanqızı təyyarə alıb: like
  • 15 Sen 16:18  
Şou-biznes Afət Fərmanqızı təyyarə alıb:

"Bəzən nəsə paylaşanda mənə acıqları tutur. Məsələn, avtomobili

arrow Ətraflı
“Topaz”da pul uduzan şəxs sələmçini bıçaqlayıb like
  • 15 Sen 16:12  
Digərləri “Topaz”da pul uduzan şəxs sələmçini bıçaqlayıb

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər

arrow Ətraflı