Azərbaycanda dünya çempionu həbs edilib FOTO


Digərləri 15 Sen 2021 17:06:00 116 0

Azərbaycanda dünya çempionu həbs edilib  FOTO

Universal-döyüş və digər idman növü üzrə dünya və Avropa çempionu Xəyyam Səfixanov həbs olunub.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

O bildirib ki, idmançı narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək Sabunçu rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Axtarış zamanı onun üzərindən heroin, metanfetamin və tramadol həbi aşkar edilib.