Türkiyə MN Bakının işğaldan azad edilməsi ilə bağlı təbrik ünvanladı
Siyasət 15 Sen 2021 15:36:00 134 0
Türkiyənin Milli Müdafiə Nazirliyi Bakı şəhərinin erməni-bolşevik işğalından azad edilməsinin ildönümü ilə bağlı təbrik mesajı yayıb.
Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə nazirlik "Twitter" səhifəsində paylaşım edib.
Paylaşımda deyilir: "Nuru paşanın komandanlığındakı Qafqaz İslam Ordusu 103 il əvvəl Bakını işğaldan azad etməklə azərbaycanlı qardaşlarımızın qəlbində taxt qurdu. Bu özəl günü təbrik edir, şəhid və qazilərimizi anırıq".
Mənbə: milli.az