FHNin modul hospitalının baş həkiminin işi məhkəməyə göndərildi


Digərləri 15 Sen 2021 15:06:00 68 0

FHNin modul hospitalının baş həkiminin işi məhkəməyə göndərildi

Fövqəladə Hallar Nazirliyinin Tibb Xidmətinin Modul Tipli Hospitalının baş həkimi və digər vəzifəli şəxsləri barəsində olan cinayət işi məhkəməyə göndərilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, FHN-nin Tibb Xidmətinin Modul Tipli Hospitalının baş həkimi İmran Ağayev və digərlərinin qanunsuz əməlləri ilə əlaqədar həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış iş üzrə istintaq yekunlaşdırılıb.

Belə ki, istintaq zamanı İmran Ağayevin həmin vəzifədə işləyərkən müəssisənin vəzifəli şəxsləri olan Rüfət Vəlizadə, Taleh İmanlı və Qulu Orucov ilə qabaqcadan əlbir olaraq hospitalın "VİP korpus"larına yerləşdirilərək daha yüksək səviyyəli tibbi və sair təminatla təchiz edilməsi müqabilində 6 nəfər şəxsdən ümumilikdə 10 min 500 manat pul vəsaitini almasına, həmçinin yenidən əmək müqaviləsinin bağlanması yolu ilə həmin müəssisədə fəaliyyətlərini davam etdirmələrinə görə hospitalın ayrı-ayrı əməkdaşlarından cəmi 5 min manat məbləğində pul vəsaitini rüşvət qismində istəməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Bundan başqa, İmran Ağayevin fasiləsiz şəkildə müəssisəyə qəbul olunmalarına dair görüntü yaratmaqla COVİD-19 pandemiyasından əziyyət çəkən 140 nəfər xəstənin özünün təsisçisi və direktoru olduğu "Medi Style" MMC-nə məxsus Təcili Tibbi Yardım avtomobilləri vasitəsi ilə Modul Tipli Hospitala aparılması müqabilində həmin şəxslərdən xidmət haqqı qismində ümumilikdə cəmi 51 min 600 manat məbləğdə pul vəsaitini almasına əsaslı şübhələr müəyyən edilmişdir.

Həmçinin, İmran Ağayevin müxtəlif tarixlərdə verdiyi COVID-19 test nəticəsi pozitiv çıxmış Rüfət Vəlizadənin (müəssisənin vəzifəli şəxsi) mütəmadi olaraq sərbəst şəkildə tibb müəssisəsinin inzibati binasını tərk edərək sərbəst şəraitdə hərəkət etməsinə şərait yaratmasına, həmin hərəkətləri ilə epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimi qaydalarını pozaraq xəstəliyin yayılması ilə bağlı ağır nəticələrə səbəb olan real təhlükə yaratmasına əsaslı şübhələr müəyyən edilmişdir. İş üzrə toplanmış sübutlar əsasında İmran Ağayev və digərlərinə müvafiq olaraq

Cinayət Məcəlləsinin 139-1.2 (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması ağır nəticələrə səbəb olduqda), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda), 311.3.1, 311.3.2 (rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar törədildikdə) maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir

Xəzər Süleymanlı ən çox sevdiyi qadından danışdı like
  • 15 Sen 15:00  
Şou-biznes Xəzər Süleymanlı ən çox sevdiyi qadından danışdı

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq"

arrow Ətraflı
Hazırki dalğa sönməyə doğru gedir, lakin... like
  • 15 Sen 14:54  
Digərləri Hazırki dalğa sönməyə doğru gedir, lakin...

Azərbaycanda koronavirusun hazırki dalğası sönməyə doğru gedir, lakin v

arrow Ətraflı
Göyçayda evdən çıxan koronavirus xəstəsi saxlanıldı like
  • 15 Sen 14:48  
Digərləri Göyçayda evdən çıxan koronavirus xəstəsi saxlanıldı

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müv

arrow Ətraflı
Tahir Kərimli intim videolardan danışdı: like
  • 15 Sen 14:42  
Digərləri Tahir Kərimli intim videolardan danışdı:

İnsanların şəxsi həyatına aid görüntülərin, intim videoların yayılma

arrow Ətraflı
Ermənistandan NÖMRƏ HİYLƏSİ like
  • 15 Sen 14:41  
Siyasət Ermənistandan NÖMRƏ HİYLƏSİ

"Qarabağın dağlıq hissəsinə müvəqqəti olaraq yerləşdirilən Rusi

arrow Ətraflı
Azərbaycanın Aİ yanında Nümayəndəliyinin yeni rəhbəri təyin edilib  SƏRƏNCAM like
  • 15 Sen 14:38  
Siyasət Azərbaycanın Aİ yanında Nümayəndəliyinin yeni rəhbəri təyin edilib SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycanın Belçikada fövqəladə və səlahiyyət

arrow Ətraflı
"Ailədə, nəslimdə problem olacağını bilirdim" like
  • 15 Sen 14:36  
Şou-biznes "Ailədə, nəslimdə problem olacağını bilirdim"

"Səhnəyə ilk addımlarımı atanda bilirdim ki, ailədə, nəslimdə pro

arrow Ətraflı
Şuşada hərbi yürüş olub like
  • 15 Sen 14:31  
Siyasət Şuşada hərbi yürüş olub

Bakının erməni-bolşevik işğalından azad edilməsinin ildönümü ilə ba

arrow Ətraflı
Azərbaycan neftinin qiyməti 74 dolları ötüb like
  • 15 Sen 14:30  
Digərləri Azərbaycan neftinin qiyməti 74 dolları ötüb

Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti artıb.

arrow Ətraflı
Agentlik aparılan yoxlamalara münasibət bildirdi like
  • 15 Sen 14:27  
Digərləri Agentlik aparılan yoxlamalara münasibət bildirdi

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Hesablama Palatasının bu qur

arrow Ətraflı
24 yaşlı leytenantın qəhrəmanlıq yolu like
  • 15 Sen 14:24  
Digərləri 24 yaşlı leytenantın qəhrəmanlıq yolu

Tərtərdə şəhid Sənan Məmmədlinin adına xatirə bulağı istifadəyə ve

arrow Ətraflı
Azad olunmuş ərazilərdə bir kabel xətti ilə həm elektrikə, həm də internetə çıxış olacaq like
  • 15 Sen 14:23  
Siyasət Azad olunmuş ərazilərdə bir kabel xətti ilə həm elektrikə, həm də internetə çıxış olacaq

Azad olunmuş ərazilərdə hər bir abonentin bir kabel xətti ilə həm elektr

arrow Ətraflı
“Ürəklər”inizlə ətraf mühitin qorunmasına dəstək olun! like
  • 15 Sen 14:22  
Digərləri “Ürəklər”inizlə ətraf mühitin qorunmasına dəstək olun!

Kapital Bank mütəmadi olaraq ətraf mühitin qorunması, ekoloji şəraitin ya

arrow Ətraflı
Cəlilabad sakini 7 kiloqramdan artıq narkotiklə yaxalandı like
  • 15 Sen 14:18  
Digərləri Cəlilabad sakini 7 kiloqramdan artıq narkotiklə yaxalandı

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti

arrow Ətraflı
Şəhid Nağiyevin döyüş yolu like
  • 15 Sen 14:12  
Digərləri Şəhid Nağiyevin döyüş yolu

O, oktyabrın 11-də Cəbrayıl istiqamətində şəhid olub

arrow Ətraflı