Tahir Kərimli intim videolardan danışdı:


Digərləri 15 Sen 2021 14:42:00 107 0

Tahir Kərimli intim videolardan danışdı:

İnsanların şəxsi həyatına aid görüntülərin, intim videoların yayılmasının qarşısını almaq üçün qanunvericilikdə sərt dəyişikliklər edilməlidir.

Son.az xəbər verir ki, bu sözləri modern.az-a Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli son günlər sosial şəbəkələrdə tanınmış şəxslərin qeyri-etik videolarının yayılmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, belə hallar sosial media ilə bağlı qərarlardakı boşluqlar səbəbindən baş verir:

"Qanunlar cəmiyyətdə ictimai münasibətləri tənzim etməlidir. Hazırda yaşayışla bağlı elə hallar ortaya çıxır ki, onlar tənzim olunmayan yeni münasibətlərdir.

Məsələn, əvvəllər sosial şəbəkə çox inkişaf etməmişdi və belə hallara çox az rastlanırdı. Amma indi hər şey çəkilir və paylaşılır. Bu da cəmiyyətdə müəyyən qədər yeni münasibətlər yaradır. Bunu mütləq hüquqi yolla həll etmək lazımdır".

Bəs bu kimi halların qarşısını almaq üçün nə etmək lazımdır?