Azərbaycanın Aİ yanında Nümayəndəliyinin yeni rəhbəri təyin edilib SƏRƏNCAM


Siyasət 15 Sen 2021 14:38:00 117 0

Azərbaycanın Aİ yanında Nümayəndəliyinin yeni rəhbəri təyin edilib  SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycanın Belçikada fövqəladə və səlahiyyətli səfiri Vaqif Sadıqovun eyni zamanda Azərbaycanın Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının Belçika Krallığında fövqəladə və səlahiyyətli səfiri Vaqif İsmayıl oğlu Sadıqov eyni zamanda Azərbaycan Respublikasının Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı təyin edilib.

Son.az