Prezident İlham Əliyev Xəzər rayonunda yarımstansiyanın açılışında iştirak edib FOTO


Siyasət 15 Sen 2021 14:04:00 66 0

Prezident İlham Əliyev Xəzər rayonunda yarımstansiyanın açılışında iştirak edib  FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev paytaxtın Xəzər rayonunda yeni tikilən 110/35/10 kilovoltluq "Buzovna-1" yarımstansiyasının açılışında iştirak edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Prezident İlham Əliyevə yarımstansiyada görülən işlər barədə məlumat verdi.

Dünyada davam edən pandemiya və iqtisadi-maliyyə çətinliklərinə baxmayaraq, dövlətimizin başçısının birbaşa diqqəti sayəsində ölkəmizdə çox mühüm sosial infrastruktur layihələri uğurla və ardıcıl şəkildə icra olunur. Bu layihələr arasında respublikanın bütün şəhər və rayonlarının, o cümlədən paytaxtın elektrik təsərrüfatının müasirləşdirilməsi istiqamətində həyata keçirilən silsilə və kompleks yenidənqurma tədbirlərinin xüsusi əhəmiyyəti var. Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən bu layihələr, ilk növbədə, insanların sosial rifah halının daha da yaxşılaşdırılmasına, onların rahatlığının təmin edilməsinə, sosial məsələlərinin həllinə yönəlib. Bu, eyni zamanda, elektrik enerjisinə tələbatın ödənilməsi, elektrik şəbəkələrində yüklənmələrin azalması, texniki itkilərin minimuma endirilməsi baxımından da çox önəmlidir.

Hazırda dövlət proqramlarının icrası ilə bağlı Bakı şəhərinin elektrik təchizatının daha da yaxşılaşdırılması üçün genişmiqyaslı tikinti, yenidənqurma və təmir işləri aparılır. Bu işlərin davamı olaraq, Xəzər rayonu ərazisində "Buzovna-1" yarımstansiyası tikilib. Yeni yarımstansiya artan tələbatı ödəməklə, Buzovna, Zuğulba, Albalılıq, Bilgəh, Nardaran, Maştağa qəsəbələrinin, dövlət əhəmiyyətli obyektlərin, həmçinin istirahət, turizm, tibb obyektlərinin fasiləsiz elektrik enerjisi ilə təmin edilməsində böyük rol oynayacaq.

Yarımstansiya məsafədən idarə olunan SCADA dispetçer sisteminə qoşulub, ən müasir qurğular və avtomatika sistemi ilə təchiz edilib. Ümumilikdə, "Azərişıq" ASC tərəfindən yeni inşa olunan qapalı tipli yarımstansiyalarda texniki və texnoloji yeniliklərə xüsusi diqqət verilir. Paytaxtın digər ərazilərində 110, 35 və 0,4 kilovoltluq ötürücü xətlər kabellə yeraltı borular və tunellər vasitəsilə çəkilib ki, bunların istismar müddəti baxımından etibarlılığı 2-3 dəfə çoxdur.

Prezident İlham Əliyev "Buzovna-1" yarımstansiyasını işə saldı.

Dövlətimizin başçısına işğaldan azad olunmuş ərazilərdə "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti tərəfindən "Ağıllı şəbəkə konsepsiyası" əsasında görülmüş işlər barədə də məlumat verildi.

Bildirildi ki, Şuşa şəhəri və Suqovuşan qəsəbəsinin elektrik təchizatının təmin edilməsində ilk dəfə müasir tipli mühafizəli və izolyasiyalı kabel xətti, paylayıcı şəbəkə modeli tətbiq olunub. Ümumilikdə, işğaldan azad edilmiş ərazilərin elektrik enerjisi ilə təchizatında innovativ texnologiyaların tətbiqi uğurla davam etdirilir. Belə ki, müasir tip mühafizəli və izolyasiyalı kabel xətlərinin texniki-iqtisadi səmərəliyini artırmaq məqsədilə yeni fiber-optik kanalla təchiz edilmiş mühafizəli kabellərin tətbiqi nəzərdə tutulub. Bununla da həm elektrik enerjisi, həm də keyfiyyətli internet şəbəkəsinin ötürülməsi mümkündür. Beləliklə, "ağıllı şəhər" və "ağıllı kənd" layihələrinin həyata keçirilməsində mühüm əhəmiyyət kəsb edən yüksəksürətli internet şəbəkəsinin yaradılması üçün əlavə infrastrukturun qurulmasına ehtiyac qalmır və iqtisadi səmərəlilik göstəriciləri yüksəlir. Digər tərəfdən hər bir abonentin bir kabel xətti ilə həm elektrik enerjisi, həm də dayanıqlı və yüksəksürətli optik kanalla internet və rabitə xətlərinə çıxışı olacaq.

İşğaldan azad edilmiş ərazilərdə "ağıllı şəbəkə" konsepsiyası üzrə müasir, daha dayanıqlı ikipilləli 110/35 kilovoltluq şəbəkələrin iqtisadi əsaslandırması həyata keçirilib. Ənənəvi şəbəkələrlə müqayisədə bu tip şəbəkələrdə elektrik təchizat sxemi sadələşir, etibarlılıq və rentabellik dəfələrlə artır, 6 ilədək tikinti müddətinə, layihələndirmə və sənədləşdirmə vaxtına, 60 min hektardan çox faydalı torpaq sahəsinə qənaət edilir. Müasir şüşə lifli, kompozit materialdan hazırlanmış dayaqlar quraşdırılır ki, onlar da sərt iqlim və istismar şəraitinə dözümlü olmaqla yanaşı, daha az xərc tələb edir. Beləliklə, müasir texnologiyaların tətbiqi nəticəsində elektrik təchizatı şəbəkəsinin dayanıqlığı artırılaraq böyük miqdarda maliyyə vəsaitinə qənaət olunacaq.

Dövlətimizin başçısı görüləcək işlərlə bağlı tapşırıq və göstərişlərini verdi.

Son.az 

Türkiyənin müdafiə naziri Ermənistana xəbərdarlıq etdi like
  • 15 Sen 14:03  
Siyasət Türkiyənin müdafiə naziri Ermənistana xəbərdarlıq etdi

Bizim niyyətimiz Ermənistanın atəşkəsə əməl etməsi, hər hansı bir s

arrow Ətraflı
Əkiz yazılan tale like
  • 15 Sen 14:00  
Digərləri Əkiz yazılan tale

Bəhram və İmanın şəhadət qardaşlığı

arrow Ətraflı
Türkiyənin yanımızda olması bizə güc verir like
  • 15 Sen 13:59  
Siyasət Türkiyənin yanımızda olması bizə güc verir

Türkiyə kimi bir qardaşımızın yanımızda olması bizə güc verir.

arrow Ətraflı
Bakı metropoliteni daha 20 yeni vaqon alacaq like
  • 15 Sen 13:54  
Digərləri Bakı metropoliteni daha 20 yeni vaqon alacaq

Bakı metropoliteni gələn il üçün daha 20 vaqondan ibarət 4 qatar tərkibi

arrow Ətraflı
Vətəndaşların "gözünə batan" ağaclar like
  • 15 Sen 13:48  
Digərləri Vətəndaşların "gözünə batan" ağaclar

Oğuz RİH ağacların yerinin dəyişdirilməsini vəd etdi

arrow Ətraflı
Ölkənin ilk uşaq kanalı yeni mövsümə start verdi like
  • 15 Sen 13:42  
Digərləri Ölkənin ilk uşaq kanalı yeni mövsümə start verdi

Azərbaycanın ilk uşaq televiziya kanalı olan "ARB Günəş" yeni m

arrow Ətraflı
Yaqub Zurufçu dəfn olundu like
  • 15 Sen 13:40  
Kriminal Yaqub Zurufçu dəfn olundu

Əməkdar artist Yaqub Zurufçu dəfn olunub.

arrow Ətraflı
Bakının azad olunmasının 103cü ildönümündə artıq Qarabağ da azaddır like
  • 15 Sen 13:39  
Siyasət Bakının azad olunmasının 103cü ildönümündə artıq Qarabağ da azaddır

Nə xoşdur ki, Bakının işğaldan azad olunmasının 103-cü ildönümündə

arrow Ətraflı
Qəhrəman şəhidimiz Taleh Qənbərli Vətən müharibəsində böyük şücaət göstərib like
  • 15 Sen 13:36  
Digərləri Qəhrəman şəhidimiz Taleh Qənbərli Vətən müharibəsində böyük şücaət göstərib

44 günlük Vətən müharibəsində şəhadətə ucalaraq torpaqlarımızın az

arrow Ətraflı
ABŞın Ermənistandakı səfiri həddini aşır like
  • 15 Sen 13:35  
Digərləri ABŞın Ermənistandakı səfiri həddini aşır

ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi növbəti dəfə Ermənistana yar

arrow Ətraflı
BTC ilə nəql olunan neftin həcmi açıqlanıb like
  • 15 Sen 13:30  
Digərləri BTC ilə nəql olunan neftin həcmi açıqlanıb

2021-ci ilin yanvar-avqust aylarında Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri i

arrow Ətraflı
Bir torpaq sahəsinə verilən iki sənəd like
  • 15 Sen 13:24  
Digərləri Bir torpaq sahəsinə verilən iki sənəd

Son.az Real TV-yə istinadən bildirir ki, Bilgəh bələdiyyəsi arxiv sənədl

arrow Ətraflı
AzərbaycanTürkiyə münasibətləri yüksələn xətlə inkişaf edir like
  • 15 Sen 13:21  
Siyasət AzərbaycanTürkiyə münasibətləri yüksələn xətlə inkişaf edir

Bu gün Azərbaycan-Türkiyə münasibətləri yüksələn xətlə inkişaf edir

arrow Ətraflı
Gürcüstanda son sutkada koronavirusdan 60 nəfər ölüb like
  • 15 Sen 13:18  
Digərləri Gürcüstanda son sutkada koronavirusdan 60 nəfər ölüb

Gürcüstanda son sutkada daha 2 515 nəfərdə koronavirus aşkarlanıb, 2 8

arrow Ətraflı