Şəhid Nağiyevin döyüş yolu


Digərləri 15 Sen 2021 14:12:00 128 0

Şəhid Nağiyevin döyüş yolu

O, oktyabrın 11-də Cəbrayıl istiqamətində şəhid olub

Murad 1997-ci il fevralın 9-da Qazax rayonunda anadan olub.

2011-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul imtahanlarında iştirak edib və burada yüksək nəticə göstərdiyinə görə İstanbulda Kuleli Hərbi Liseyinə seçilib.

Murad Nağıyev 2016-cı ildə təhsilini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin davam etdirib.

Şəhid Murad tək ailəsinin yox eyni zamanda qohumlarının da ən sevimlisi olub.

Murad Nağiyevin ailəsi ilə tanışmaq, onun döyüş yolunu ailəsiylə bir masada oturub öyrənmək çox qürurverici bir hisdir.murad haqqında azda olsa danışdıaqdan sonra 2-ci Fəxri Xiyabana gedərək onun məzarını ziyarət etdik.

Son.az Real TV-yə istinadən bildirir ki, Azərbaycan Ordusunun leytenantı olan Murad Nağıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, Zəngilan və Hadrut istiqamətlərindəki döyüşlərdə vuruşub.