Agentlik aparılan yoxlamalara münasibət bildirdi


Digərləri 15 Sen 2021 14:27:00 120 0

Agentlik aparılan yoxlamalara münasibət bildirdi

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Hesablama Palatasının bu qurumda yoxlama aparılması barədə yayılan məlumatlara münasibət bildirib.

Qurumdan Trend-in sorğusuna cavab olaraq bildirilib ki, Hesablama Palatası tərəfindən 2021-ci ilin aprel-iyun ayları ərzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində (Agentlik) audit yoxlaması aparılıb. Yoxlama Agentliyin 2019 və 2020-ci illər üzrə fəaliyyətini əhatə edib.

Xatırladaq ki, bəzi kütləvi informasiya vasitələrində Hesablama Palatası tərəfindən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində yoxlamalar aparılması barədə məlumatlar yayılmışdı.