Vətəndaşların "gözünə batan" ağaclar


Digərləri 15 Sen 2021 13:48:00 305 0

Vətəndaşların "gözünə batan" ağaclar

Oğuz RİH ağacların yerinin dəyişdirilməsini vəd etdi

Son.az Real TV-yə istinadən bildirir ki, Oğuz şəhər sakinini verilişimizin qaynar xəttinə göndərdiyi videogörüntüdə bildirir ki, Oğuz rayonu icra hakimiyyəti tərəfindən yol boyu aparılan yaşıllaşdırma işləri yol hərəkəti təhlükəsizliyinin rahat şəkildə təmin edilməsinə maneə törədir. Düzdür, sakinlər aparılan ümumi abadlaşdırma işlərindən, əkilən gül çiçəkdən, gecə saatalrında küçələrin işıqlandırılmasından razılıq da edirlər, amma bununla belə yol hərəkətinə onların dili ilə desək qənim kəsilən ağaclardan da gileylənirlər.

Məsələ ilə bağlı Oğuz RİH əlaqə saxladıq. Qurumdan bildirildi ki, problemdən agahdılar və carı ilin sonunadək Heydər Əliyev prospekti boyu əkilən ağaclar həmin ərazidən çıxarılaraq digər yerə əkiləcək və bununla da, onlar yol hərəkətinə daha maneə olmayacaqlar. İH tərəfindən verilən vəd sonranın işidir. Amma maraqlıdır, ağacların yerinin dəyişdirilməsi həqiqətənmi sözügedən küçədə qəzaların azalmasına səbəb olacaq? Burda məsuliyyət daha çox yol hərəkəti iştirakçılarının üzərinə düşmürmü? Onlar hər bir halda öz təhlükəsizliyini təmin etmək məqsədilə daha diqqətli olmalı deyirlərmi? Bu sualı nəqliyyat üzrə ekspert Elməddin Muradlıya ünvanladıq. O, həmçinin Oğuz şəhəri Heydər Əliyev prospekti boyunca əkilən ağacların yol hərəkətinə maneə yaratmasına da münasibət bildirdi.

Bu məqamda Baş Dövlət Yol Polisi İdarəsinin rəsmi saytında təqdim edilən statistik rəqəmləri misal gətirmək yerinə düşər. Cari ilin 8 ayı ərzində respublika ərazisində baş vermiş yol-nəqliyyat hadisələrinin 41%-ni piyadaların vurulması təşkil edib, nəticədə 190 nəfər həlak olub, 267 nəfər isə xəsarət alıb. Ümumilikdə piyada vurma hadisələrinin 90%-dən çoxu məhz piyada keçidlərindən kənarda baş verib. Yol hərəkəti iştirakçılarının böyük bir hissəsini təşkil edən piyadaların yolu nəzərdə tutulmayan yerlərdən keçməsi hələ də özlərinin və başqalarının həyat və sağlamlığına qarşı biganəliyin hökm sürdüyündən xəbər verir. Bəzən də paradoksal mənzərə ilə rastlaşırıq. Bir çoxlarının hansısa yol sahəsində piyada keçidlərinin olmamasından şikayət etdiyi halda, Oğuz şəhəri sakinləri Heydər Əliyev prospektində mövcud piyada keçidlərindən daha təhlükəsiz qaydada istifadə etmək əvəzinə ağaclardan şikayət edirlər. Bizə isə ümumiyyətlə bütün piyadalara səslənmək qalır: küçə və yolları piyadalar üçün nəzərdə tutulan yerlərdən keçin, məhdudiyyətli görünmə, yəni duman, yağış, qar şəraitində, habelə sutkanın qaranlıq vaxtı xüsusilə diqqətli olun, qulaqlıqdan istifadə ətrafdakı avtomobillərin səsini eşitməyə imkan vermədiyi üçün yolu keçərkən ondan istifadə etməyin, ictimai nəqliyyatı gözləyərkən və ona minib-düşərkən, həmçinin qəflətən avtomobil yoluna çıxmayın, yaxınlaşmaqda olan avtomobillərin sürətini düzgün qiymətləndirin, onların tam dayandığına, sürücülərin sizə yol verdiklərinə əmin olduqdan sonra hərəkətə başlayın. ilk növbədə özünüz nümünəvi vətəndaş olun ki, sonradan günahı əslində sizin sağlamlığınıza zərər yox xeyir verən ağaclarda və digər nələrdəsə görməyəsiniz.