Şimali Koreya ballistik raket sınağı keçirdi


Dünya 15 Sen 2021 12:42:00 132 0

Şimali Koreya ballistik raket sınağı keçirdi

Yaponiya Şimali Koreyanın ballistik olduğu güman edilən raket sınağı keçirdiyini açıqlayıb.

Son.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, ölkə sentyabrın 15-i səhər saatlarında raket sınağı keçirib.

"Kyodo" agentliyinin verdiyi məlumata görə, Yaponiya Sahil Mühafizəsi raketin ölkəsinin xüsusi iqtisadi zonasının xaricinə düşmüş ola biləcəyini bildirib.

"Associated Press"in Cənubi Koreya Baş Qərargahının açıqlamasına əsaslanaraq yaydığı xəbərdə bildirilib ki, Şimali Koreya raketini ölkənin şərq sahillərinə atıb. Agentlik əlavə məlumat yaymayıb.