Cəlilabadda "Qırmızı kitab"a düşən ağaclar məhv edilib


Digərləri 15 Sen 2021 13:12:00 95 0

Cəlilabadda "Qırmızı kitab"a düşən ağaclar məhv edilib

Cəlilabadda "Qırmızı kitab"a düşən bəzi ağaclar kəsilərək məhv edilib.

Son.az Xəzər TV-yə istinadən bildirir ki, ağaclara qarşı "soyqırımı" faktı Cəlilabad meşəbəyliyinin ərazisində aşkarlanıb.

Bununla bağlı yayılan görüntülərdən də aydın olur ki, rayonun Soyuqbulaq kəndinin yaxınlığındakı meşədə ağaclar qanunsuz şəkildə kəsilib.

Kadrları "Ecofront" vətəndaş təşəbbüsünün üzvü Kənan Xəlilzadə lentə alıb. Onun sözlərinə görə, meşələrdə bəzi ağaclar isə quruması üçün bilərəkdən zədələnir.  

Kənan Xəlilzadə deyib ki, məhv edilən ağaclar arasında "Qırmızı kitab"a  düşən Azat, Dəmirağac, Şabalıdyarpaq palıd ağac növlərinə də rast gəlinir.

Soyuqbulaq kənd sakini Mirxas Sadıqov isə iddia edir ki, ağaclar kəsilərək müxtəlif məqsədlər üçün satılır.