HAVA necə olacaq? PROQNOZ


Digərləri 15 Sen 2021 12:51:00 273 0

HAVA necə olacaq?  PROQNOZ

Sentyabrın 16-da gözlənilən hava şəraiti açıqlanıb.

ETSN-dən Son.az-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 20-23° isti, gündüz 27-29° isti olacaq. Bakıda 20-22° isti, gündüz 27-29° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 %, gündüz 40-45 %olacaq.

Azərbaycanın rayonlarında: Əsasən yağmursuz. Səhər bəzi yerlərdə duman. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.