Brilliant Dadaşovadan cazibədar


Şou-biznes 15 Sen 2021 12:54:00 103 0

Brilliant Dadaşovadan cazibədar

Xalq artisti Brilliant Dadaşovanın bu gün ad günüdür.

Son.az axşam.az-a istinadən xəbər verir ki, müğənni bu münasibətlə obyektiv qarşısına keçərək fotosessiya etdirib. Dadaşovanın stili üzərində Elnur Həsənov çalışıb.

Müğənni dörd fərqli obraz yaradıb.

Qeyd edək ki, bəzi mənbələrdə B.Dadaşovanın 1965-ci, bəzilərində isə 1959-cu ildən olduğu yazılıb. Brilliant Dadaşovanın musiqi karyerası 1983-cü ildə Eldar Mansurovun mahnıları ilə başlayıb. 1985-ci ildə müğənni Moskvada keçirilən Ümumdünya Gənclər Festivalında ilk dəfə böyük səhnəyə gəlib. 1998-ci ildə Əməkdar artist, 2008-ci ildə isə Xalq artisti fəxri adına layiq görülüb.