Rüşvətxorluğa qarşı savaş güclənir


Siyasət 15 Sen 2021 12:21:00 44 0

Rüşvətxorluğa qarşı savaş güclənir

Korrupsiya və rüşvətxorluq halları bütün ölkələrdə var. Əsas məsələ odur ki, dövlət və hökumət bu məsələlərə hansı prizmadan yanaşır. Xüsusən son illər Azərbaycanda bu məsələlərə dözümlülük sıfır səviyyəsindədir. Son atılan addımlar, verilən qərarlar da bunun bariz nümunəsidir. Təkcə yerli icra orqanlarının rəhbərlərinin yox, eyni zamanda, mərkəzi icra orqanlarının rəhbərlərinin də məsuliyyətə cəlb edilmələri halları son illərin ən çox müşahidə edilən hadisələrindəndir. Ən diqqətçəkən məqam isə odur ki, bu hallar dövlətin istəyi ilə ictimailləşdirilir. Prezident İlham Əliyevin yeni məmurların vəzifələrə təyinatı ilə bağlı tövsiyələrinin ictimaiyyətin diqqətinə çatdırılması isə korrupsiya və rüşvətxorluğa qarşı mübarizə metodunun tərkib hissəsinə çevrilib. 

Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə Azərbaycanda sözdə yox, əməldə aparılır və dövlət başçısı buna qarşı bağışlanmaz mövqeyi ilə diqqət çəkir. Bu da, son vaxtlar ictimai nəzarət mexanizminin daha da mütəşəkkil forma alması hallarını artırıb. 

Korrupsiyaya qarşı mübarizə məqsədilə dövlət orqanlarında daxili nəzarət qurumlarının təkmilləşdirilməsi, onların maddi-texniki bazalarının gücləndirilməsi istiqamətində görülən işlər deyilənlərin əyani sübutudur. Şəxslərin bu orqanlara birbaşa müraciət etməsi üçün imkanlar yaradılması və onların qərar qəbuletmə prosesinin daha operativ olması üçün, ictimaiyyətlə əlaqələrin gücləndirilməsi məqsədilə qaynar xətlərin və qaynar xətlərə daxil olan məlumatlarla əlaqədar operativ tədbirlər görülməsi sisteminin yaradılması Azərbaycan Prezidentinin (2007-ci il 28 iyul tarixli) Sərəncamı ilə təsdiq edilmiş "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə milli strategiya"nın ayrılmaz hissələrindən biridir.

Dövlət başçısının ötən gün Sərəncamı ilə Cəlilabad və Şəmkir rayonlarına yeni icra başçılarını təyin etməsi ilə əlaqədar onları videoformatda qəbul edərkən səsləndirdiyi fikirlər bir daha Prezident səviyyəsində ölkədə korrupsiya və rüşvətxorluq hallarına qarşı barışmaz mövqenin bundan sonra da davam etdiriləcəyi diqqətə çatdırıldı. Ölkə başçısı "Cəlilabad və Şəmkir rayonlarına icra başçıları təyin olunarkən onlara göstəriş vermişdim ki, siz artıq yerdə qalan məsələləri həll edin. Əsas böyük işlər görülüb, çox gözəl zəmin yaradılıb. Siz isə gündəlik həyatda elə işləyin, elə çalışın ki, həm vətəndaşlar sizdən razı olsunlar, həm də rayonların inkişafı sürətlə getsin və təşəbbüs göstərin, investorları cəlb edin, sahibkarlara şərait yaradın. Ancaq əfsuslar olsun ki, real həyatda biz bunun tam əksini görürük. Bunun nəticəsində və eyni zamanda, buraxılmış ciddi nöqsanlar, pozuntular, rüşvətxorluq və korrupsiya hallarına görə həm Cəlilabad, həm də Şəmkir rayonlarının keçmiş icra başçıları cinayət məsuliyyətinə cəlb olunmuşlar. İndi hər kəs görür ki, heç kim qanundan yuxarı dayana bilməz və burada hər kəs qanun qarşısında bərabərdir" sözləri ilə bundan sonra da rüşvətxorluqla məşğul olacaq istənilən məmurun sonunun necə olacağını göstərdi. 

Prezdentin yeni icra başçılarını videoformatda qəbulu zamanı dediyi "Elə işləməlisiniz ki, vətəndaşlar sizdən razı olsunlar. Ancaq indi istintaq materiallarının bir çoxunda göstərilir ki, bir neçə rayonun icra başçıları hətta sosial cəhətdən ən həssas təbəqənin nümayəndələrindən də pul, rüşvət almışlar. İşsizliyin səviyyəsini azaltmaq, xüsusilə dünyada gedən böhranlı vəziyyəti, sosial-iqtisadi böhranı, pandemiya dövrünü nəzərə alaraq mənim təşəbbüsümlə ən həssas təbəqə üçün yüz minə yaxın ödənişli ictimai iş yeri açılıbdır və orada məvacib minimum əməkhaqqına bərabərdir. Bunları da çox görüblər o insanlara və onların da ödəniş kartlarını öz kabinetlərində saxlayaraq oradan pul çəkmişdilər. Yəni, bu qədər vicdansızlıq ola bilərmi? Məşhur videokadrlar var. Dəstəyə, sosial müdafiəyə ehtiyacı olan ailələrə Heydər Əliyev Fondu tərəfindən göndərilən humanitar yardımın da dalına keçirlər. Bu videokadrlar var, hər kəs bunu görüb və nifrət edib o adamlara ki, nə qədər yardım göndərilib, bunun filan faizini götürək bazarda sataq. Bu qədər alçaqlıq, vicdansızlıq ola bilər?!" sözlər bir daha göstərdi ki, o, 44 günlük müharibədən sonra postkonflikt dövrünün reallığına uyğun olaraq regionda və Avrasiya məkanında cərəyan edən prosesləri yaxından izlədiyi kimi, ölkə daxilindəki bütün hadisələrə də yaxından bələddir və özü şəxsən bu cür halları nəzarətinə götürüb.

Bəli, dövlət başçısı dediyi kimi, məmur nümunə olmalıdır, yerlərdə insanların dolanışığı, insanların rahatlığı dövlət məmurunun fəaliyyətindən asılıdır. Onlar elə işləməlidirlər ki, daim insanlarla bir yerdə olsunlar. Prezident ötən gün yeni icra başçılarına bir daha bu barədə deyib: "Sizə də deyirəm, siz insanların arasında olmalısınız, onlarla daim təmasda olmalısınız, onların qayğıları ilə yaşamalısınız və çalışmalısınız ki, imkan daxilində onlara kömək edəsiniz".

Ölkə rəhbərinin bu müraciəti yəqin ki, bir çox rüşvətxor məmurların tək yuxusunu qaçırmayacaq, eyni zamanda dərs çıxarmaqları üçün son şans, son xəbərdarlıq da ola bilər. Vəzifə səlahiyyətlərindən sui-istifadə edən məmur unutmamalıdır ki, o dövləti, dövlət başçısını təmsil edir. Çünki onu həmin vəzifəyə ölkə rəhbəri təyin edib. Bunun məsuliyyətini dərk etmək üçün isə kosmosa uçmağa ehtiyac yoxdur. Sadəcə insanları incitməmək, get-gələ salmamaq, onlardan rüşvət tələb etməmək, korrupsiya hallarına yol açamamaq kifayət edir. Hər bir məmur bilməlidir ki, heç kim məsuliyyətdən canını, yaxasını qurtara bilməyəcək.

Təhməz Əsədov Son.az

Taksi sürücüsü müştərisinə təcavüz etdi like
  • 15 Sen 12:18  
Digərləri Taksi sürücüsü müştərisinə təcavüz etdi

Moskvada "yandex" taksi sürücüsü içkili vəziyyətdə olan qızı

arrow Ətraflı
“Onu döyəndən sonra 800 manatı cırıb atdım” like
  • 15 Sen 12:15  
Digərləri “Onu döyəndən sonra 800 manatı cırıb atdım”

Xalq artisti Alim Qasımovun həbs edilən kürəkəni Elnur Mövlamovun soyğun

arrow Ətraflı
“CityNet"dən Payız kampaniyası like
  • 15 Sen 12:15  
Digərləri “CityNet"dən Payız kampaniyası

“CityNet”ə qoşul, internet ruter və TV Box-u pulsuz əldə et!

arrow Ətraflı
Röya Rəfili Almaniyadan deportasiya olundu like
  • 15 Sen 12:09  
Digərləri Röya Rəfili Almaniyadan deportasiya olundu

Jurnalist Röya Rəfili 3 övladı ilə birlikdə Almaniyanın Düsseldorf şəh

arrow Ətraflı
Qəbələdə 3 nəfəri öldürüb qaçan sürücü həbs edildi like
  • 15 Sen 12:06  
Digərləri Qəbələdə 3 nəfəri öldürüb qaçan sürücü həbs edildi

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əm

arrow Ətraflı
BakıŞamaxı yolunda ölüm səfərinə çıxan avtomobil like
  • 15 Sen 12:00  
Digərləri BakıŞamaxı yolunda ölüm səfərinə çıxan avtomobil

Sentyabrın 11-də Bakı-Şamaxı yolunda sürətlə əks hərəkət zolağında

arrow Ətraflı
Bakının azad edilməsi AzərbaycanTürkiyə qardaşlığını əks etdirən özəl bir gündür like
  • 15 Sen 11:57  
Siyasət Bakının azad edilməsi AzərbaycanTürkiyə qardaşlığını əks etdirən özəl bir gündür

Xarici işlər naziri Ceyhun Bayramov 15 sentyabr 1918-ci ildə Bakının işğa

arrow Ətraflı
Türkiyə Azərbaycana dəstəyini heç zaman əsirgəməyəcək like
  • 15 Sen 11:56  
Siyasət Türkiyə Azərbaycana dəstəyini heç zaman əsirgəməyəcək

Türkiyə Azərbaycana dəstəyini heç zaman əsirgəməyəcək və hər zaman

arrow Ətraflı
İdarələrarası mərkəzin şəhərsalma məsələləri üzrə işçi qrupunun onlayn iclası keçirilib like
  • 15 Sen 11:55  
Siyasət İdarələrarası mərkəzin şəhərsalma məsələləri üzrə işçi qrupunun onlayn iclası keçirilib

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələ

arrow Ətraflı
Türkiyədə qeyriadi ailə məzarlığı: like
  • 15 Sen 11:54  
Digərləri Türkiyədə qeyriadi ailə məzarlığı:

Türkiyənin Adıyaman bölgəsinin Kuyulu kəndinin ərazisində Roma imperiyas

arrow Ətraflı
ŞOK HADİSƏ  ana qızlarına təcavüz edən atanı güllələdi like
  • 15 Sen 11:48  
Digərləri ŞOK HADİSƏ ana qızlarına təcavüz edən atanı güllələdi

İzmirdə yaşanan iyrənc olay bütün şəhəri şoka salıb.

arrow Ətraflı
Ətçəkən maşında iki barmağı qaldı, xəbəri olmadı like
  • 15 Sen 11:42  
Digərləri Ətçəkən maşında iki barmağı qaldı, xəbəri olmadı

Boliviyanın Santa Kruz de la Sierra şəhərində gənc bir qadının yediyi ha

arrow Ətraflı
Bayden Trampı xatırlayan kimi xaç çəkdi like
  • 15 Sen 11:36  
Digərləri Bayden Trampı xatırlayan kimi xaç çəkdi

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqind

arrow Ətraflı
Beynəlxalq faktaraşdırıcı missiya azad edilmiş ərazilərə səfər edəcək like
  • 15 Sen 11:35  
Siyasət Beynəlxalq faktaraşdırıcı missiya azad edilmiş ərazilərə səfər edəcək

Dəvətimizi qəbul edərək faktaraşdırıcı missiya həyata keçirmək məqs

arrow Ətraflı