XİNin müavini işdən çıxarıldı,


Digərləri 15 Sen 2021 11:00:00 110 0

XİNin müavini işdən çıxarıldı,

İran Prezidenti 2015-ci ildə imzalanan nüvə razılaşması ilə bağlı danışıqlara rəhbərlik edən və nüvə danışıqlarında təcrübəli hesab edilən ölkənin xarici işlər nazirinin müavini Abbas Araqçını vəzifəsindən azad edib.

Son.az modern.az-a istinadən xəbər verir ki, bu barədə İran KİV-i yazıb.

Onun yerinə danışıqlarda daha sərt mövqe tutan diplomat Əli Bağeri Kani təyin edilib.

Xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini təyin olunan Bağeri, 2007-2013 -cü illərdə keçmiş prezident Mahmud Əhmədinejadın rəhbərliyi altında İran və Qərb arasında nüvə danışıqlarına rəhbərlik edirdi. O, Ayətullah Əli Xamneyinin qohumudur.