Qazaxıstanda koronavirusa daha 2 930 nəfər yoluxub


Dünya 15 Sen 2021 10:36:00 223 0

Qazaxıstanda koronavirusa daha 2 930 nəfər yoluxub

Qazaxıstanda ötən sutka ərzində koronavirusa (COVİD-19) 2 930 yoluxma halı qeydə alınıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 848 318 nəfərə, virusun törətdiyi fəsadlardan ölənlərin sayı isə 10 491 nəfərə çatıb.

Bildirilir ki, ötən gün koronavirusdan 4 123 nəfər, hazırkı dövrədək isə 770 558 nəfər sağalıb.