Yeni Zelandiyanın adı dəyişdirilir?


Dünya 15 Sen 2021 09:54:00 108 0

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayın imza üçün açıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerlərin adlarının Te Reo Maori dilinə qaytarılması tələb edilir.

Partiyanın müraciətində deyilir: "Te Reo Maorinin bu ölkənin ilk və rəsmi dili olaraq layiq olduğu yerə qaytarılması üçün vaxtı çoxdan keçir. Biz Polineziya ölkəsiyik - biz Aotearoayıq".