15 sentyabr AzərbaycanTürkiyə qardaşlığının tarixi sübutudur


Siyasət 15 Sen 2021 09:12:00 50 0

15 sentyabr AzərbaycanTürkiyə qardaşlığının tarixi sübutudur

Azərbaycan-Türkiyə qardaşlığı tarixin çətin sınaqlarına həmişə ləyaqətlə sinə gərib, hər iki xalqın zəngin tarixində şərəf salnaməsi yaradıb. Babalarımızın bizə miras qoyduğu qardaşlıq ənənələrinin sözdə deyil, əməldə təzahürü bizi ruhlandırır. Bu qardaşlığın sözdə ən parlaq ifadəsi 20-ci əsrin böyük siyasi xadimi, Ulu öndər Heydər Əliyev tərəfindən səsləndirilib: "Bir millət, iki dövlət"! Tarixin müxtəlif dönəmlərinə nəzər saldıqda bu tezisin isbatının şahidi oluruq.

Bunu Trend-ə Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

Deputat bildirib ki, 1918-ci il sentyabrın 15-i şanlı tariximizə Bakının bolşeviklərdən və daşnak silahlı birləşmələrdən azad edildiyi gün kimi daxil olub: "Qafqaz İslam Ordusunun həmin taleyüklü bir dönəmdə Azərbaycanın yanında olması qədim Şərqin ilk demokratik respublikasının tarixində əlamətdar hadisə idi.

Qitələrin kəsişməsində yerləşən Odlar Yurdu daim coğrafi mövqeyi, zəngin sərvətləri ilə dünya xəritəsinin ən uğurlu nöqtəsi, arzulanan torpaqları olub. Və 1918-ci il mayın 28-də Azərbaycan müstəqilliyini elan edərkən çox təəssüf ki, Bakı, Gəncə yadellilərin işğalı altında idi. Milli hökumətin ixtiyarındakı azsaylı hərbi qüvvə ilə təəssüf ki, şəhərləri işğalçılardan azad etmək mümkün deyildi. Belə bir ağır vəziyyətdə Azərbaycan milli hökumətinin kömək istəyə biləcəyi yeganə dövlət Türkiyə idi".

S.Mikayılova vurğulayıb ki, bugünkü tariximizdə də biz qardaş Türkiyənin Azərbaycanın işğal altında olan torpaqlarının erməni işğalçılarından azad edilməsi üçün haqq savaşında siyasi müstəvidə yanında olduğunu gördük: "Türkiyə hər zaman söykəniləcək dayaq olub. Və o dövrdə də kömək üçün qardaş dövlətə müraciət edildi. 1918-ci il mayın sonunda Türkiyənin hərbi naziri və ali baş komandan müavini Ənvər Paşa öz qardaşı Nuru Paşaya rəhbəri olduğu hərbi hissələrlə birlikdə Gəncəyə doğru hərəkət etmək barədə əmr verdi.

Gəncənin azad edilməsindən sonra burada yerləşən milli hökumətin əsas amalı, vəzifəsi Bakının işğalçılardan azad edilməsi idi.

1918-ci ilin iyulundan Qafqaz İslam Ordusu artıq Bakının azad edilməsi istiqamətində hərəkətə keçdi. 1918-ci il sentyabrın 15-də Bakı işğalçılardan azad edildi. Şəhər uğrunda döyüşlər heç də asan getmədi, türk əsgərləri böyük şücaət göstərdilər. Bunlar hamıya məlum danılmaz tarixi faktlardır.

Bəzi məlumatlara görə, həmin döyüşlərdə mindən artıq türk əsgəri və zabiti həlak olub. Allah bütün şəhidlərə rəhmət etsin! Bu gün həmin türk şəhidlərin əziz, unudulmaz xatirəsini Bakının dağüstü parkında salınmış abidə əbədiləşdirir.

Qardaş Türkiyə hər zaman Azərbaycanın zəfərlərində yaxından iştirak etmiş, yanında olmuş, dahi Mustafa Kamal Atatürkün dediyi kimi, "Azərbaycanın kədərini kədəri, sevincini sevinci" bilmişdir".

Deputat bildirib ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın rəhbərliyi altında iki ölkənin yaratdığı qardaşlıq nümunəsi beynəlxalq aləmdə analoqu olmayan tandem kimi qəbul edilir: "Biz tariximizlə qürur duyuruq, dərin milli köklərə, ənənələrə söykənən Azərbaycan-Türkiyə qardaşlığının əbədi olması şübhəsizdir".

ABŞ ölkə üçün əsas təhlükələri like
  • 15 Sen 09:06  
Digərləri ABŞ ölkə üçün əsas təhlükələri

Beynəlxalq terror qruplarından ABŞ-a əsas təhlükə Yəmən, Somali, Suriy

arrow Ətraflı
Bayden Si Cinpinin onunla görüşdən imtina etməsi xəbərlərini təkzib edib like
  • 15 Sen 09:05  
Dünya Bayden Si Cinpinin onunla görüşdən imtina etməsi xəbərlərini təkzib edib

ABŞ Prezidenti Cozef Bayden Çin Xalq Respublikasının Sədri Si Cinpinin öt

arrow Ətraflı
ALMA PİROQU resepti like
  • 15 Sen 08:55  
Digərləri ALMA PİROQU resepti

Son.az "Ağababa Ağababa" youtube kanalına istinadən oxucularına n

arrow Ətraflı
Çin yanvaravqust aylarında neft idxalını 5,7 faiz azaldıb like
  • 15 Sen 08:49  
Dünya Çin yanvaravqust aylarında neft idxalını 5,7 faiz azaldıb

Çin yanvar-avqust aylarında 346,36 milyon ton neft idxal edib.

arrow Ətraflı
Meksikalı jurnalist Ermənistanın hərbi cinayətləri barədə yazıb  FOTO like
  • 15 Sen 08:39  
Siyasət Meksikalı jurnalist Ermənistanın hərbi cinayətləri barədə yazıb FOTO

Meksikanın ən nüfuzlu mətbu orqanlarından olan "El Universal" qə

arrow Ətraflı
Britaniyada koronavirusdan daha 185 nəfər ölüb like
  • 15 Sen 08:33  
Dünya Britaniyada koronavirusdan daha 185 nəfər ölüb

Böyük Britaniyada ötən sutka ərzində koronavirusa 26 628 yoluxma halı qey

arrow Ətraflı
Cənubi Koreya 2050ci ilə qədər plastik tullantılardan imtina edəcək like
  • 15 Sen 08:24  
Dünya Cənubi Koreya 2050ci ilə qədər plastik tullantılardan imtina edəcək

Koreya Respublikası 2030-ci ilə qədər plastik tullantılarını 60%, 2050-ci

arrow Ətraflı
Azərbaycanda bu avtomobillərin qiyməti bahalaşıb like
  • 15 Sen 08:15  
Digərləri Azərbaycanda bu avtomobillərin qiyməti bahalaşıb

Azərbaycanda son aylarda hibrid avtomobillərinin qiymətində 15 faizə qədə

arrow Ətraflı
Si Cinpin Baydenin təkbətək görüş təklifindən imtina edib like
  • 15 Sen 08:09  
Dünya Si Cinpin Baydenin təkbətək görüş təklifindən imtina edib

Çin Xalq Respublikasının Sədri Si Cinpin ABŞ Prezidenti Cozef Baydenin tək

arrow Ətraflı
Bakıda birmərtəbəli ev yanıb like
  • 15 Sen 07:55  
Digərləri Bakıda birmərtəbəli ev yanıb

Bakı şəhərinin Qaradağ rayonunda ümumi sahəsi 150 m² olan birmərtəbəl

arrow Ətraflı
Rusiyada 46 milyondan artıq insan koronavirusa qarşı tam peyvənd olunub like
  • 15 Sen 07:50  
Dünya Rusiyada 46 milyondan artıq insan koronavirusa qarşı tam peyvənd olunub

Rusiyada 46 milyondan artıq insan koronavirusa qarşı tam peyvənd olunub.

arrow Ətraflı
Bakıda iki avtomobil toqquşub, xəsarət alanlar var  FOTO like
  • 15 Sen 07:45  
Digərləri Bakıda iki avtomobil toqquşub, xəsarət alanlar var FOTO

Bakının Sabunçu rayonunda iki avtomaşın toqquşub.

arrow Ətraflı
Bakıda kafedə gənc oğlan qətlə yetirilib  FOTO like
  • 15 Sen 07:35  
Kriminal Bakıda kafedə gənc oğlan qətlə yetirilib FOTO

Bakının Sabunçu rayonunda qətl hadisəsi baş verib.

arrow Ətraflı