“Taliban” Əfqanıstanda qadınların işləmək qaydalarını


Dünya 15 Sen 2021 09:18:00 114 0

“Taliban” Əfqanıstanda qadınların işləmək qaydalarını

Əfqanıstanlı qadınlar kişilərlə birlikdə işləməməlidir. Bu barədə taliblərin yüksək rütbəli  komandiri Vahidulla Haşimi bəyan edib.

Beləliklə, Əfqanıstandakı qadınlar dövlət idarələrində, banklarda, mediada, əksər şirkətlərdə işləmək imkanından məhrum olacaq.

Son.az oxu.az-a istinadən xəbər verir ki, Haşiminin sözlərinə görə, hərəkat Qərbin etirazına baxmayaraq şəriət və İslam qanunları ilə bağlı baxışlarını tam şəkildə yerinə yetirməyə qərar verib.

"Zərif cinsin nümayəndələri yalnız kişilərin olmadığı yerdə işləyə biləcək", - deyə o, bildirib.

Haşimi, evdən kənarda qadınlarla kişi arasında əlaqələrin həkimə getmək kimi müəyyən şərtlərdə icazə veriləcəyini əlavə edib.