Britaniyada koronavirusdan daha 185 nəfər ölüb
Dünya 15 Sen 2021 08:33:00 102 0
Böyük Britaniyada ötən sutka ərzində koronavirusa 26 628 yoluxma halı qeydə alınıb.
Trend-in "Sinxua"ya istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümümi sayı 7 282 810 nəfərə çatıb.
Bildirilir ki, ötən sutkada koronavirusdan 185 nəfər, hazırkı dövrədək isə 134 446 nəfər vəfat edib.
Mənbə: milli.az