Meksikalı jurnalist Ermənistanın hərbi cinayətləri barədə yazıb FOTO


Siyasət 15 Sen 2021 08:39:00 45 0

Meksikalı jurnalist Ermənistanın hərbi cinayətləri barədə yazıb  FOTO

Meksikanın ən nüfuzlu mətbu orqanlarından olan "El Universal" qəzetində ötən ay Azərbaycanın işğaldan azad edilmiş ərazilərində səfərdə olmuş, sözügedən qəzetin redaktoru, beynəlxalq siyasi məsələlər üzrə ekspert və Meksikada keçmiş Ermənistan-Azərbaycan münaqişəsi haqda ən çox məlumatlı olan jurnalistlərdən biri Qabriel Moyssenin "Azərbaycan bərpa edir" ("Azerbaiyán, en busca de la reconstrucción") başlıqlı geniş məqaləsi dərc olunub.

Azərbaycanın Meksikadakı səfirliyindən Son.az-a verilən məlumata görə, işğaldan azad edilmiş Fizuli, Cəbrayıl, Ağdam və Şuşa, həmçinin Gəncə şəhərlərində səfərdə olmuş jurnalist yazısında 30 ilə yaxın işğalda saxlanılmış ərazilərimizdə Ermənistanın apardığı kütləvi minalanmadan bəhs edərək, 44 günlük müharibədən sonra bu günədək yüzlərlə hərbi və mülki azərbaycanlının erməni minalarının qurbanı olduğunu bildirir. Bu xüsusda, Latın Amerikasından olan bir qrup jurnalistlə birlikdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfəri çərçivəsində ANAMA tərəfindən aparılan minatəmizləmə işlərinin şahidi olduğunu qeyd edir. Jurnalist həmçinin, Ermənistan silahlı qüvvələri tərəfindən uzun illər işğal dövründə bu ərazilərdə yüz minlərlə minanın yerləşdirildiyi, Ermənistanın mina xəritələrini verməkdən imtina etdiyi barədə məlumat verir, bunun isə həmin ərazilərdə aparılacaq bərpa və yenidənqurma işlərini, habelə bir milyondan artıq qaçqın və məcburi köçkünün öz yurdlarına qayıtma prosesi qarşısında ən böyük maneə olduğunu vurğulayır.

Jurnalist yazısında Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini Elnur Məmmədovdan götürdüyü müsahibəyə istinad edərək, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsinin və sərhədlərin delimitasiyasının Azərbaycan hökuməti qarşısında duran prioritet məsələlərdən olduğunu, lakin Ermənistan tərəfindən bu məsələlərlə bağlı konstruktiv yanaşmanın olmadığını bildirir.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayevanın sözlərinə istinad edən jurnalist, sadəcə Ağdam şəhəri ətrafında 97 min partlamamış minanın olduğunu qeyd edir. Yazıda L.Abdullayevanın "Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərinə üçtərəfli bəyanatı dəstəkləmələri və yeni reallıqları nəzərə alaraq təkliflərin verilməsi barədə müraciətinə baxmayaraq, onlar tərəfindən bugünədək heç bir təklif verilməyib" fikrinə istinad olunur. Latın Amerikası ilə əlaqələrdən bəhs edən L.Abdulayevanın Azərbaycanın 2019-cu ildən etibarən Sakit Okean Alyansında müşahidəçi statusunu aldığını xatırladaraq "coğrafi məsafələrin artıq turizm, iqtisadi və mədəni sahələrdə əlaqələrin inkişafına maneə yaratmamalıdır" deyə vurğuladığı bildirilir.

Jurnalist həmçinin Cəbrayıl, Ağdam və məqalədə Azərbaycanın mədəniyyət beşiyi kimi istinad etdiyi Şuşaya səfərindən bəhs edir, orada yaşayış məskənlərinin dağıdıldığını, tarixi-memarlıq abidələrinin erməni vandalizminə məruz qaldığının şahidi olduğunu təəssüflə qeyd edir. Cəbrayılda müsəlman qəbiristanlığının ermənilər tərəfindən dağıdılaraq, burada qəbir daşlarının sındırılmasının, qəbirlərin qazılaraq cəsədlərin çıxarılmasının şahidi olduğunu qeyd edən jurnalist, bu mənzərədən çox təsirləndiyini və bu vandalizmin insanlıqla bir araya sığmadığını vurğulayır. O həmçinin yazısında, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə səfər etdikləri və hərbi əməliyyatların aparıldığı bölgədən kənarda yerləşən bu şəhərin ermənilər tərəfindən ballistik raketlərlə zərbə endirilməsi nəticəsində günahsız insanların öldürüldüyü, yüzlərlə insanın yaralandığı və böyük dağıntıların yarandığı barədə məlumat verir.

Meksikalı ekspert işğaldan azad edilmiş ərazilərdə Azərbaycan tərəfindən artıq intensiv şəkildə bərpa və yenidənqurma işlərinin həyata keçirdiyini və bu şəhərlərin tezliklə əvvəlkindən də gözəl, baxımlı hala gətiriləcəyini qeyd edir. Məqalədə həmçinin, yaxın zamanda açılmış Füzuli beynəlxalq hava limanı və "ağıllı şəhər" konsepsiyası sayəsində bu ərazilərə yatırılan investisiyaların miqdarının çoxalacağı və geniş iqtisadi imkanların yaradılacağı qeyd olunur.

Yazıda müasir Azərbaycanın iqtisadi nailiyyətləri, bu xüsusda, həyata keçirdiyi iri miqyaslı enerji və nəqliyyat-infrastruktur layihələri, Azərbaycan ərazisində əlverişli biznes imkanları barədə məlumat verilir.

Sonda, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyevin sözlərinə istinad edən meksikalı jurnalist, ABŞ, Fransa və Argentinadakı nüfuzlu erməni diasporu tərəfindən dəstəklənən revanşist qruplaşmaların səylərinə baxmayaraq, Ermənistanla Azərbaycan arasındakı gərginliyin müharibənin yenidən başlanmasına səbəb olacağının istisna edildiyini və Azərbaycanın münaqişəyə birdəfəlik son qoyduğunu bildirir.

Qeyd olunmalıdır ki, "El Universal" qəzetinin internet portalında məqalə ilə əlaqədar videosüjet yayımlanıb. Həmçinin məqalədə reallıqları əks etdirən foto və infoqrafik məlumatlar öz əksini tapıb.

Britaniyada koronavirusdan daha 185 nəfər ölüb like
  • 15 Sen 08:33  
Dünya Britaniyada koronavirusdan daha 185 nəfər ölüb

Böyük Britaniyada ötən sutka ərzində koronavirusa 26 628 yoluxma halı qey

arrow Ətraflı
Cənubi Koreya 2050ci ilə qədər plastik tullantılardan imtina edəcək like
  • 15 Sen 08:24  
Dünya Cənubi Koreya 2050ci ilə qədər plastik tullantılardan imtina edəcək

Koreya Respublikası 2030-ci ilə qədər plastik tullantılarını 60%, 2050-ci

arrow Ətraflı
Azərbaycanda bu avtomobillərin qiyməti bahalaşıb like
  • 15 Sen 08:15  
Digərləri Azərbaycanda bu avtomobillərin qiyməti bahalaşıb

Azərbaycanda son aylarda hibrid avtomobillərinin qiymətində 15 faizə qədə

arrow Ətraflı
Si Cinpin Baydenin təkbətək görüş təklifindən imtina edib like
  • 15 Sen 08:09  
Dünya Si Cinpin Baydenin təkbətək görüş təklifindən imtina edib

Çin Xalq Respublikasının Sədri Si Cinpin ABŞ Prezidenti Cozef Baydenin tək

arrow Ətraflı
Bakıda birmərtəbəli ev yanıb like
  • 15 Sen 07:55  
Digərləri Bakıda birmərtəbəli ev yanıb

Bakı şəhərinin Qaradağ rayonunda ümumi sahəsi 150 m² olan birmərtəbəl

arrow Ətraflı
Rusiyada 46 milyondan artıq insan koronavirusa qarşı tam peyvənd olunub like
  • 15 Sen 07:50  
Dünya Rusiyada 46 milyondan artıq insan koronavirusa qarşı tam peyvənd olunub

Rusiyada 46 milyondan artıq insan koronavirusa qarşı tam peyvənd olunub.

arrow Ətraflı
Bakıda iki avtomobil toqquşub, xəsarət alanlar var  FOTO like
  • 15 Sen 07:45  
Digərləri Bakıda iki avtomobil toqquşub, xəsarət alanlar var FOTO

Bakının Sabunçu rayonunda iki avtomaşın toqquşub.

arrow Ətraflı
Bakıda kafedə gənc oğlan qətlə yetirilib  FOTO like
  • 15 Sen 07:35  
Kriminal Bakıda kafedə gənc oğlan qətlə yetirilib FOTO

Bakının Sabunçu rayonunda qətl hadisəsi baş verib.

arrow Ətraflı
Yeni iPhoneların təqdimatından sonra Appleın səhmləri 1,3 faiz ucuzlaşıb like
  • 15 Sen 07:30  
Dünya Yeni iPhoneların təqdimatından sonra Appleın səhmləri 1,3 faiz ucuzlaşıb

"Apple" şirkətinin səhmlərinin qiyməti ötən axşam yeni "i

arrow Ətraflı
Şəkidə 4 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb like
  • 15 Sen 07:25  
Digərləri Şəkidə 4 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb

Şəkidə 4 yaşlı uşaq hasardan yıxılaraq ağır xəsarət alıb.

arrow Ətraflı
Meksikada naməlum şəxslər oteldən 20 nəfəri qaçırıblar like
  • 15 Sen 07:19  
Dünya Meksikada naməlum şəxslər oteldən 20 nəfəri qaçırıblar

Naməlum şəxslər Meksikanın Mateuala rayonunda (San-Luis-Potosi ştatı) yer

arrow Ətraflı
10 noyabr bəyanatından sonra Azərbaycan ərazisinə soxulan erməni yaraqlıların komandiri həbs olunub like
  • 15 Sen 07:14  
Siyasət 10 noyabr bəyanatından sonra Azərbaycan ərazisinə soxulan erməni yaraqlıların komandiri həbs olunub

Azəraycan, Rusiya və Ermənistan arasında 10 noyabr tarixli üçtərəfli bə

arrow Ətraflı
"Apple" yeni "iPhone" modellərini təqdim edib like
  • 15 Sen 07:10  
Dünya "Apple" yeni "iPhone" modellərini təqdim edib

Bu gün "Apple" şirkəti payız təqdimatı çərçivəsində yeni &q

arrow Ətraflı
NyuYorkda BMT Baş Assambleyasının 76 cı sessiyası açılıb like
  • 15 Sen 07:05  
Dünya NyuYorkda BMT Baş Assambleyasının 76 cı sessiyası açılıb

Bu gün Nyu-Yorkda BMT Baş Assambleyasının 76 -cı sessiyası açılıb.

arrow Ətraflı