Azərbaycanda bu avtomobillərin qiyməti bahalaşıb


Digərləri 15 Sen 2021 08:15:00 133 0

Azərbaycanda bu avtomobillərin qiyməti bahalaşıb

Azərbaycanda son aylarda hibrid avtomobillərinin qiymətində 15 faizə qədər artım müşahidə edilir.

Son.az xəbər verir ki, bu barədə Trend-ə avtomobil nəqliyyatı üzrə ekspert Elnur Əliyev deyib.

E.Əliyev bildirib ki, hibrid avtomobillərinin bahalaşması təkcə Azərbaycanla bağlı deyil, ümumilikdə dünyada bu avtomobillərə tələbat artıb. O qeyd edib ki, hazırda Azərbaycanda hibrid avtomobillər arasında ən çox maraq "Toyota Prius" markasınadır.

Onun sözlərinə görə, bu avtomobillər Azərbaycana əsasən birbaşa ABŞ-dan və ya Gürcüstan vasitəsilə gətirilir: "Azərbaycana daha çox 2006-2008-ci illər arasında istehsal olunan avtomobillər gətirilir. Bu avtomobillər ABŞ-dan hərrac vasitəsilə alınır. Əvvəllər hərracdan avtomobilləri daha ucuz qiymətə və rahat şəkildə almaq olurdu, yəni hərrac iştirakçılarının sayı az olurdu. Lakin indi daha çox ölkələrdən avtomobil alıcıları hərraclarda iştirak edir və tələb artığı üçün qiymət də bahalaşır. İndi hərracda avtomobillər əvvəlkindən təqribən 1000 dollar baha satılır. Bu qiymət artımı əlbəttə ki, Azərbaycandakı qiymətlərə də təsirini göstərir.