NyuYorkda BMT Baş Assambleyasının 76 cı sessiyası açılıb


Dünya 15 Sen 2021 07:05:00 103 0

NyuYorkda BMT Baş Assambleyasının 76 cı sessiyası açılıb

Bu gün Nyu-Yorkda BMT Baş Assambleyasının 76 -cı sessiyası açılıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu qurumun sədrinin səlahiyyətləri Maldiv adaları nümayəndəsi Abdullah Şahidə keçib. BMT-nin Təhlükəsizlik Şurasına sentyabr ayında İrlandiya sədrlik edir.

İclasın əvvəlində BMT-nin Baş katibi Antonio Quterreş və BMT Baş Assambleyasının yeni sədri iştirakçılara müraciət edib.

Bu həftənin ilk iclasları formal xarakter daşıyacaq: iştirakçılar gündəliyi və işçi orqanlarının yeni tərkibini təsdiq edəcəklər.

Sentyabrın 21-də BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi başlayacaq və bu müddət ərzində bir sıra ölkələrin liderləri, hökumət başçıları və nazirlər Nyu-Yorka gələcəklər.