Ərinin başqa qadınla yazışmalarını oxudu, qardaşına dedi və... Məhkəmə


Digərləri 15 Sen 2021 05:05:00 161 0

Ərinin başqa qadınla yazışmalarını oxudu, qardaşına dedi və...  Məhkəmə

Abşeron rayonunda 1986-cı il təvəllüdlü Səlim qısqanclıq zəminində arvadı Mətanətə (adlar şərti verilib - red.) xəsarət yetirib.

Son.az bildirir ki, teleqraf.com-un xəbərinə görə, hadisə bu ilin iyunun 28-də, axşam saatlarında Mehdiabad qəsəbəsi, "Gənclər Şəhərciyi" yaşayış kompleksində baş verib.

Səlimlə yaşadıqları evdə arvadı Mətanət arasında sonuncunun başqa bir qadınla mesajlaşması ilə bağlı qısqanclıq zəminində mübahisə yaranıb.

Bu mübahisə zamanı Səlim Mətanəti yumruq və təpik zərbələri ilə döyərək ona xəsarət yetirib.

İstintaq orqanı tərəfindən Səlimin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Səlim ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Mətanət ilə 14 ildir evlidir və bu nikahdan onların üç övladı var: "Aptekdə iş icraçısı vəzifəsini yerinə yetirdiyimdən bəzən qadın işçiləri işə qəbul edirəm. Lakin arvadım hər dəfə buna etiraz edib, tanımadığı həmin qadınlar barəsində nalayiq ifadələr işlədib. Təxminən bir ay əvvəl Mətanət işlədiyim aptekə gələrək işlərimə müdaxilə etdiyindən aramızda mübahisə yarandı. Bu səbəbdən də həmin vaxtdan evə getmədim. Buna baxmayaraq son günlər ərzində günorta saatlarında övladlarımı görmək üçün evimə getsəm də, fikrim Mətanət ilə boşanmaq olub".

Səlimin sözlərinə görə, iyunun 28-də, saat 16 radələrində yenə də birgə yaşadıqları evə gedib və bir qədər evdə dincəlib: "Yuxudan oyandıqdan sonra telefonum vasitəsilə işçim ilə danışan zaman digər telefonumun Məlahətdə olduğunu gördüm. Həmin vaxt Məlahət qışqıraraq ünvanıma təhqiramiz ifadələr səsləndirdi və telefonumda olan yazışmaların nə olduğunu soruşdu. Buna görə Məlahətdən telefonumu aldım və əsəbi olduğum üçün sifətinə şillə ilə 4 dəfə güclü zərbə vurdum".

Təqsirləndirilən şəxs bildirib ki, bu zaman Məlahət daha ucadan qışqırmağa başlayıb: "Qonşuların yanında biabır olduğumu düşünərək oradan getdim. Məlahətin sifət nahiyəsinə bir neçə dəfə şillə zərbələri vursam da, onu yumruq və təpiklə vurmamışam".