Qafqaz İslam Ordusu tərəfindən Bakının azad olunmasından 103 il ötür


Siyasət 15 Sen 2021 00:02:00 67 0

Qafqaz İslam Ordusu tərəfindən Bakının azad olunmasından 103 il ötür

Sentyabrın 15-də Bakının bolşevik-daşnak işğalından azad edilməsindən 103 il ötür.

1918-ci ilin məhz bu tarixində tərkibində Azərbaycan Korpusu da olan Qafqaz İslam Ordusu Bakıya daxil olaraq şəhəri bolşevik-daşnak qüvvələrinin işğalından azad etdi.

Bakının azad olunması Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı zəminində müstəsna əhəmiyyətə malik hadisədir. 70 illik sovet hakimiyyəti illərində bu hadisənin məqsədyönlü şəkildə yanlış kontekstdə izah olunmasına baxmayaraq, Azərbaycan xalqı türk əsgərinin qəhrəmanlığını heç vaxt unutmadı, onu qəlbində yaşatdı.

1918-ci il sentyabrın 10-da Nuru Paşa Bakının azad edilməsinə rəhbərliyi bilavasitə öz üzərinə götürür. Nuru Paşanın 10 sentyabr tarixli əmr ilə Şərq cəbhəsi komandanlığı və ona məxsus Şimal qrupu ləğv edilir, cəbhədəki bütün birliklərin hərəkatı bilavasitə Qafqaz İslam Ordusu komandanlığına həvalə edilir.

Qafqaz İslam Ordusunun komandanlığı döyüşən diviziyalara göndərdiyi 13.09.1918-ci il tarixli əmri ilə sentyabrın 14-ü saat 02-də Bakıya hücumun başlayacağını bildirir.

Bakıya qəti hücumda iştirak etmək üçün təxminən 8000 Osmanlı əsgəri və 7000 nəfərə qədər Azərbaycanın yerli qüvvəsi toplanır.

Gecə saat 2-də 5-ci Qafqaz tüməni Heybət-Biləcəri dəmiryolu istiqamətində irəliləməyə başlayır. 1-ci Bakı müdafiə xətti saat 03:00, 2-ci Bakı xətti isə 06:00-da ələ keçirilir. Hücuma hazırlaşan düşmən topçu atəşi ilə dağıdılır. Hücumun əsas qəhrəmanı olan 56-cı alay strateji təpələri ələ keçirib qarşısındakı düşməni təqib edərək irəliləyir. 15-ci alay sərt Biləcəri yamaclarını tutur, həmin alaya mənsub Maştağa dəstəsi Sabunçunu ələ keçirir. Azərbaycan könüllüləri Keşlə stansiyasını tutur. Açıq savaşdan qaçan ermənilər şəhər daxilində məhəllə, ev davasına keçirlər. Sanki mart soyqırımını təzələmək istəyirlər.

Sentyabr 14-də General Denstervill və Sentrokaspi Diktaturası hökuməti, Bakı kоmissarları Bakıdan qaçır.

Sentyabrın 15-də Gəncədə "Azərbaycan" qəzetinin ilk sayında Bakının azad edilməsi haqqında xəbərlər dərc edilir: "Azərbaycan Xalq Cümhuriyyəti adına Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa həzrətlərinin teleqramı: "Bismillahir rəhmanir rəhim! Bakı şəhəri 15.09.1918-ci il, saat 09-a işləmiş igid ordu hissələrimiz tərəfindən azad olundu".

Bakı Qafqaz İslam Ordusu tərəfindən azad edildikdən sonra sentyabrın 17-də Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Gəncədən Bakıya köçür. Beləliklə, Azərbaycanda dövlət quruculuğunun əsas mərhələsinə başlanılır.

Sentyabrın 18-də şəhər ətrafında dayanmış Qafqaz İslam Ordusu qoşun hissələri Bakıya daxil olur. Şəhərin əsl sahibi olan Azərbaycan türkləri müzəffər ordunu xilaskar kimi böyük hərarətlə qarşılayır.

Beləliklə, həm Azərbaycanın müstəqilliyi təmin olunur, həm də ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulur.

Qafqaz İslam Ordusu Bakı döyüşündə təqribən 2000 şəhid verib.

Bakının bolşevik-daşnak işğalından azad edilməsi XX əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir.

Aradan uzun illər keçsə də, türklər tərəfindən göstərilən qardaşlıq köməyi heç vaxt unudulmayıb, Azərbaycan xalqı tərəfindən daim minnətdarlıq hissi ilə xatırlanıb və xatırlanacaq.

Günün qoroskopu: Əhvalınız yaxşılaşa bilər like
  • 15 Sen 00:01  
Digərləri Günün qoroskopu: Əhvalınız yaxşılaşa bilər

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
İnsan bilməlidir ki, hansı neməti hansı hədəflə istifadə etməlidir like
  • 14 Sen 23:55  
Digərləri İnsan bilməlidir ki, hansı neməti hansı hədəflə istifadə etməlidir

Bəziləri belə güman edir ki, dindar olmaq ancaq axirət üçün faydalıdır

arrow Ətraflı
TürkiyəAzərbaycan qardaşlığı əbədi yaşayacaq like
  • 14 Sen 23:53  
Siyasət TürkiyəAzərbaycan qardaşlığı əbədi yaşayacaq

"Bakının azad edilməsinin 103-cü ildönümündə Qafqaz İslam Ordusunu

arrow Ətraflı
Qızqaçırma faciəsi: nənə həlak oldu, ana və qonşu like
  • 14 Sen 23:51  
Digərləri Qızqaçırma faciəsi: nənə həlak oldu, ana və qonşu

Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Marneuli rayonunda qız

arrow Ətraflı
Ləzi, hütəmə, səqər, cəhim, haviyə – cəhənnəmin mərtəbələri və xüsusiyyətləri like
  • 14 Sen 23:50  
Digərləri Ləzi, hütəmə, səqər, cəhim, haviyə – cəhənnəmin mərtəbələri və xüsusiyyətləri

Cəhənnəm elə bir yerdir ki, orada kafirlər, Allah düşmənləri və zalım

arrow Ətraflı
Pandemiya immunitet savaşıdır  İmmun sisteminizin vəziyyəti necədir? like
  • 14 Sen 23:45  
Digərləri Pandemiya immunitet savaşıdır İmmun sisteminizin vəziyyəti necədir?

İmmunitet insan hələ körpə ikən formalaşır, əgər ciddi autoimmun xəst

arrow Ətraflı
Bu aləmin sünnətini tanımaq – həyatın açarıdır like
  • 14 Sen 23:40  
Digərləri Bu aləmin sünnətini tanımaq – həyatın açarıdır

Sünnət sözü Qurani-Kərimdə 14 dəfə işlənmişdir. "(Bu cür əzab)

arrow Ətraflı
Bakı enerji rəqabətində irəli çıxdı like
  • 14 Sen 23:39  
Digərləri Bakı enerji rəqabətində irəli çıxdı

Hollandiyanın "Vitol Group" beynəlxalq energetika və ticarət şirk

arrow Ətraflı
Koronavirusdan sağalan uşaqlarda hələ də simptomlar qalır like
  • 14 Sen 23:35  
Digərləri Koronavirusdan sağalan uşaqlarda hələ də simptomlar qalır

İsraildə aparılan araşdırmaya görə, hər 10 uşaqdan biri koronavirusu ke

arrow Ətraflı
Bakıda “QAZel” yeddi yaşlı uşağı vurub like
  • 14 Sen 23:31  
Digərləri Bakıda “QAZel” yeddi yaşlı uşağı vurub

Bakıda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadi

arrow Ətraflı
Ərdoğan Müdafiə Nazirliyimizin rəhbərliyi ilə görüşdü like
  • 14 Sen 23:28  
Siyasət Ərdoğan Müdafiə Nazirliyimizin rəhbərliyi ilə görüşdü

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Resp

arrow Ətraflı
Koronavirus ürəyin əzələ qatının zədələnməsinə səbəb olur like
  • 14 Sen 23:25  
Digərləri Koronavirus ürəyin əzələ qatının zədələnməsinə səbəb olur

Qarşıdan payız gəlir. Havalar tədricən soyuyacaq. Havalar soyuduqca ürək

arrow Ətraflı
Münaqişələri həll etməyin son yolu like
  • 14 Sen 23:20  
Digərləri Münaqişələri həll etməyin son yolu

"Bu (hekayətlər), qeyb xəbərlərindəndir ki, onu sənə vəhy edirik.

arrow Ətraflı
Rəhbər qadından ŞOK ƏMƏL: məşuqu ilə gecəni keçirdikdən sonra onu hamamda yandırıb like
  • 14 Sen 23:15  
Digərləri Rəhbər qadından ŞOK ƏMƏL: məşuqu ilə gecəni keçirdikdən sonra onu hamamda yandırıb

Adətən, hökmdarların qəddarlığı haqqında tarixi sənədlərə göz gəz

arrow Ətraflı
Moqadişoda terakt: 10 ölü like
  • 14 Sen 23:11  
Dünya Moqadişoda terakt: 10 ölü

Somalinin paytaxtı Moqadişoda baş verən partlayış nəticəsində azı 10 n

arrow Ətraflı