Koronavirusdan sağalan uşaqlarda hələ də simptomlar qalır


Digərləri 14 Sen 2021 23:35:00 138 0

Koronavirusdan sağalan uşaqlarda hələ də simptomlar qalır

İsraildə aparılan araşdırmaya görə, hər 10 uşaqdan biri koronavirusu keçirdikdən sonra da xəstəliyin simptomlarını daşıyır.

Son.az medicina.az-a istinadən bildirir ki, Səhiyyə nazirliyi yaşları 3 ilə 18 arasında olan və koronavirusu keçirən 13 min 864 uşağın valideynləri ilə araşdırma aparıb.

Nəticələrə görə, virusu keçirən uşaqların 11 faizində xəstəlikdən sonra da əlamətlərə rastlanılıb.

12 yaşdan kiçik uşaqların 1,8, 12 ilə 18 yaş arasındakı uşaqların isə 4,6 faizində xəstəlikdən 6 ay sonra simptomlarla qarşılaşılıb.