Hərbi rəhbərlərin növbəti təlim toplantısı başa çatıb FOTO


Siyasət 14 Sen 2021 21:26:00 49 0

Hərbi rəhbərlərin növbəti təlim toplantısı başa çatıb  FOTO

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən toplantının gedişində hərbi rəhbərlər yeni hərbi geyim dəstləri ilə təmin ediliblər.

Müdafiə Nazirliyindən Son.az-a verilən məlumata görə, toplantının planına əsasən əvvəlcə hərbi rəhbərlərə geyim dəstləri təqdim edilib və sıra baxışı keçirilib.

Toplantı zamanı əsas diqqət "Gənclərin çağırışaqədərki hazırlığı" fənninin tədris keyfiyyətinin yüksəldilməsinə, hərbi rəhbərlərin pedaqoji və hərbi biliklərinin, peşəkarlıqlarının və metodiki ustalıqlarının artırılmasına yönəldilib.

Vətən müharibəsi iştirakçılarının da cəlb edildiyi dərslər zamanı bildirilib ki, Azərbaycan Respublikasının müdafiəsi üçün orduya çağırılacaq hər bir gənc hərbi xidmətin hər bir vətəndaşın müqəddəs borcu olduğunu dərindən dərk etməlidir. Şagirdlərin hərbi andın və nizamnamələrin tələblərini, gənc əsgərin hazırlığı həcmində hərbi nəzəri bilikləri və praktiki vərdişləri, mülki müdafiənin əsaslarını, kütləvi qırğın silahlarından müdafiə olunma üsullarını mükəmməl mənimsəməsi hərbi rəhbərlərin peşəkarlığından, metodiki ustalığından və təcrübəsindən asılıdır.

Nəzəri dərslərdən sonra hərbi vətənpərvərlik mövzusunda sənədli tədris filmləri nümayiş etdirilib.

Toplantı zamanı sıra hazırlığı yoxlanılan hərbi rəhbərlərdən kütləvi qırğın silahlarından mühafizə vasitələrinin və müxtəlif təyinatlı silahların istifadə qaydaları, eləcə də yaralılara tibbi yardımın göstərilməsi üzrə normativlər qəbul edilib.

Əlahiddə Ümumqoşun Ordunun, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə keçirilən 3 günlük təlim toplantısı yekun tədbiri ilə başa çatıb. Tədbirdə qeyd olunub ki, məktəblərimizdə 44 günlük Vətən müharibəsində şücaətləri ilə tarix yazan hərbçilərimizin döyüş yolunu öyrənən vətənpərvər gəncliyin yetişməsinin nəticəsidir ki, hərbi təhsilə maraq daha da artıb. Bu tədris ilində Naxçıvan Muxtar Respublikasında IX sinfi bitirən şagirdlərdən 156-sı Heydər Əliyev adına Hərbi Liseyə, XI sinfi bitirən məzunlardan 30-u xüsusi təyinatlı ali məktəblərə qəbul olub. Göründüyü kimi gələcəyin əsgərləri olacaq şagirdlərdə hərb sənətinə maraq yaratmaq və gəncləri hərbi xidmətə hazırlamaq üçün muxtar respublikanın bütün tam orta məktəblərində hərtərəfli şərait yaradılıb. Sonda hərbi rəhbərləri maraqlandıran suallar cavablandırılıb.

Füzulidə daha bir erməni hərbçisinin meyitinin qalıqları tapıldı like
  • 14 Sen 21:22  
Siyasət Füzulidə daha bir erməni hərbçisinin meyitinin qalıqları tapıldı

44 günlük müharibə zamanı itkin düşmüş daha bir erməni hərbçinin mey

arrow Ətraflı
Zalım vəzir istəmədən, imanlı insanın təvəkkül vasitəsi oldu like
  • 14 Sen 21:20  
Digərləri Zalım vəzir istəmədən, imanlı insanın təvəkkül vasitəsi oldu

Abdullah Həbiri imanlı və ürəyi yanan insanlardan olmuşdur ki, Bəni-Ümə

arrow Ətraflı
Kişinin süd vəziləri böyüyürsə, bu orqanı yoxlatsın like
  • 14 Sen 21:15  
Digərləri Kişinin süd vəziləri böyüyürsə, bu orqanı yoxlatsın

Qaraciyər güclü, dözümlü orqan olsa da, müasir insanın qidası, həyat t

arrow Ətraflı
Salavat göndərməyin zəruriliyi. Salavatın misilsiz faydaları like
  • 14 Sen 21:10  
Digərləri Salavat göndərməyin zəruriliyi. Salavatın misilsiz faydaları

Salavat o zikrdir ki, Peyğəmbərə (s) və onun pak Əhli-Beytinə (ə) salam

arrow Ətraflı
Erikson hipnozu və trans like
  • 14 Sen 21:05  
Digərləri Erikson hipnozu və trans

XX əsrin 50-80-ci illərində məşhur amerikalı psixoterapevt Milton Erikson

arrow Ətraflı
Koronavirusa yoluxan Səyyad Əlizadənin like
  • 14 Sen 21:02  
Digərləri Koronavirusa yoluxan Səyyad Əlizadənin

Koronavirusa yoluxan müğənni Səyyad Əlizadənin vəziyyəti daha da ağırl

arrow Ətraflı
Uşaqlarda immuniteti gücləndirən like
  • 14 Sen 21:01  
Digərləri Uşaqlarda immuniteti gücləndirən

İmmuniteti gücləndirməyin yolu sağlam qidalanmadan və düzgün saatlarda y

arrow Ətraflı
Azərbaycanda ən populyar sosial şəbəkələr hansılardır? like
  • 14 Sen 21:00  
Digərləri Azərbaycanda ən populyar sosial şəbəkələr hansılardır?

2021-ci ilin avqustunda Azərbaycanın sosial şəbəkə bazarında "Facebo

arrow Ətraflı
Bakıda bu evlərin kirayə qiyməti ucuzlaşır like
  • 14 Sen 20:56  
Digərləri Bakıda bu evlərin kirayə qiyməti ucuzlaşır

Bakıda istirahət üçün kirayə verilən bağ və fərdi yaşayış evlərin

arrow Ətraflı
"Səsimi yazıb oxumaq öyrənib, indi də danırlar"  Xalq Artisti like
  • 14 Sen 20:54  
Şou-biznes "Səsimi yazıb oxumaq öyrənib, indi də danırlar" Xalq Artisti

"Zamiq kimi bir çoxları mən oxuyanda telefonu açıb səsimi yazırdı.

arrow Ətraflı
Məşhur aparıcının proqramına serial çəkiləcək like
  • 14 Sen 20:48  
Şou-biznes Məşhur aparıcının proqramına serial çəkiləcək

Türkiyənin tanınmış aparıcılarından olan Müge Anlının təqdim etdiyi

arrow Ətraflı
Məşhur aparıcıdan xanımına like
  • 14 Sen 20:42  
Şou-biznes Məşhur aparıcıdan xanımına

7 il birlikdə əl-ələ! İlin az qala hər gününə bir xatirə yazmışıq.

arrow Ətraflı
Sabah Bakıda hərbçilərin yürüşləri təşkil olunacaq like
  • 14 Sen 20:38  
Digərləri Sabah Bakıda hərbçilərin yürüşləri təşkil olunacaq

Bakının işğaldan azad edilməsinin 103-cü ildönümü münasibətilə senty

arrow Ətraflı
Roza tanınmaz dərəcədə dəyişdi  FOTO like
  • 14 Sen 20:36  
Şou-biznes Roza tanınmaz dərəcədə dəyişdi FOTO

Müğənni Roza Zərgərli imicində dəyişiklik etdirib.

arrow Ətraflı
Aparıcı ilə Günay qalmaqalına son qoyuldu  FOTO like
  • 14 Sen 20:30  
Şou-biznes Aparıcı ilə Günay qalmaqalına son qoyuldu FOTO

Aparıcı Afaq Gəncəli ilə müğənni Günay İbrahimli arasındakı bir neç

arrow Ətraflı