Aparıcı ilə Günay qalmaqalına son qoyuldu FOTO


Şou-biznes 14 Sen 2021 20:30:00 119 0

Aparıcı ilə Günay qalmaqalına son qoyuldu  FOTO

Aparıcı Afaq Gəncəli ilə müğənni Günay İbrahimli arasındakı bir neçə ildir davam edən küsülülük bitib.

Son.az axşam.az-a istinadən xəbər verir ki, məşhurlar məkanların birində dostları vasitəsilə bir araya gəliblər.

Günay və Afaq barışdıqlarını birlikdə çəkdirdikləri foto ilə nümayiş etdiriblər.

Qeyd edək ki, müğənni ilə aparıcı arasındakı küsülülüyə A.Gəncəlinin müsahibələrindən birində verdiyi açıqlama səbəb olmuşdu. Afaq "ATV maqazin onlarla" verilişində Günay haqda "Günay elə bil sönüb. Bir çoxları deyir başı sevgiyə qarışıb. Amma mən onun adını sevgi qoymazdım. Depressiyadadır. Əgər qadın tez-tez öz imicini, görünüşünü, saç rəngini dəyişirsə, demək ki, xoşbəxtlik tam deyil. Bu gün sarı saçdadır, sabah qara. Bu gün bir imicdədir, o biri gün başqa" sözlərini söyləmişdi. Qarşı tərəf də buna əsəbiləşmiş və ikili arasında mübahisə yaşanmışdı.