"AzTVdən başqa bütün telekanallar mənim üçün “köhnə hamam, köhnə tas”dır..."


Şou-biznes 14 Sen 2021 19:54:00 68 0

"AzTVdən başqa bütün telekanallar mənim üçün “köhnə hamam, köhnə tas”dır..."

Yeni mövsümün ilk həftələrini yaşayırıq. Bu mövsümdə pandemiya şərtlərinə uyğun olaraq sənət adamları yeni yaradıcılıq planları ilə çıxış etməyə hazırlaşırlar.

Son.az xəbər verir ki, "Planet Parni iz Baku" teatrının bədii rəhbəri, Əməkdar artist Tahir İmanov bununla bağlı, həmçinin gündəmdə olan digər məsələlər haqda moderator.az-a danışıb:

- Yeni mövsümdə hansısa yeni layihələr, konsert proqramlarınız olacaqmı?    

- Təəssüflər olsun ki, bununla bağlı bir neçə telekanala müraciət etsək də, heç bir cavab ala bilməmişik. Bizim konsert fəaliyyətimizə gəldikdə isə Operativ Qərargah deməlidir ki, konsert salonlarımız nə zaman açılacaq. Açıldığı anda biz işləməyə hazırıq. Hazırda isə fəaliyyətsizik. 

- Bəs nə üçün "Xəzər TV" ilə birgə layihə etmirsiniz? Siz ki, "Xəzər TV"-nin rəhbəri Murad Dadaşovla qədim dostsunuz?

-  Bu sualı Murad Dadaşova versəniz daha məntiqli olar. Yəqin ki, orada yayımlanan yumoristik verilişlər bizdən daha maraqlı və gülməlidir.

- Yəqin ki, həmin yumor layihələri. Onları necə  dəyərləndirirsiniz?

- Çox istedadlı uşaqlardır. Amma onların yumoru bizə yaxın deyil. Mən ona heç yumor da deyə bilmərəm. Əlbəttə ki, onları qınamıram. Televziya onları elə çərçivəyə salır ki... Nə etsinlər? Eyni mövzuda nə qədər zarafat etmək olar? Bu qeyri-mümkün olan bir şeydir. Müəyyən çərçivələr və mövzular var ki, televiziya rəhbərləri onu etməyə qadağa qoyur. Deyir ki, "bu mövzuya toxunma, onu tənqid etmə, bunu demə" və sairə. Bu baxımdan onları qınamıram. Nəticədə onlarda alınan yumor bizə yaxın deyil. Biz başqa yumorla çalışır, başqa satiradan qaynaqlanırıq. Bunu tamaşaçı kimi  deyirəm. 

- Bəs son vaxtlar televiziyalarda baş verən dəyişiklikləri necə dəyərləndirirsiniz?

- Mənim üçün sürpriz oldu ki, dövlət televiziyamız AzTV tam dəyişdi. Yaxşılığa doğru çox maraqlı layihələr yaranıb, uğurlara imza atıblar. Bir tamaşaçı kimi buna çox sevinirəm. Başqa kanallara gəldikdə isə, mənim üçün "köhnə hamam, köhnə tas"dır. Elə bir irəliləyiş görmürəm.

- Son bir həftədə nüfuzlu şəxslərin şantaj formatında yayılan videolarına münasibətiniz necədir?  

- Mən siyasətçi deyiləm. Lakin bir sənətkar kimi konsertlərimizin birində bu mövzuya yumor prizmasından baxa bilərik. Amma bu mövzuda məndən ciddi bir cavab gözləməyin. Qoy bununla bağlı videoları yayılanların həmkarları,  dostları cavab versin. Mənə qalsa, bu məsələni şişitməzdim. İnsanıq, hamımızın səhvi var. Məlum olduğu kimi, o insanlar işdən azad olundular, öz cəzalarını aldılar. Bəs biz niyə hələ də onları mühakimə və müzakirə edirik, bunu başa düşə bilmirəm. Məgər biz səhv etməmişik? Əlbəttə ki, biz də səhv etmişik, amma onu heç kim bilməyib. Təəssüflər olsun ki, onlar bütün ölkədə belə tanındılar. Amma mən buna nə sevinərdim, nə də onları mühakimə edərdim. Özüm də digər insanlar kimi səhvlər, günah içindəyəm. 

- İşğaldan azad olunduqdan sonra Şuşaya ilk səfər edənlərdən biri də siz oldunuz. Baba yurdunuza getdiniz, oradan xeyli kövrək notlarla foto və videolar paylaşdınız. Sonradan yenidən Şuşanı ziyarətə getdinizmi? Hansı yeniliklər, dəyişikliklər müşahidə etdiniz?

- Təəssüf ki, həmin səfərdən sonra hələ ki, Şuşanı yenidən ziyarətə getməmişəm. Lakin ürəyimin yarısı buradadırsa, yarısı oradadır. Daha dəqiq desəm, ürəyimin ən böyk hissəsi Şuşadadır. 

- Yəqin ki, gələcək konsertlərinizin birini məhz o müqəddəs torpaqda keçirməyi düşünürsünüz.

- Konsert bir kənara, mənim planım həmişəlik Şuşada yaşamaqdır.    

Günaydan qəribə addım  Əməliyyatla sinəsini kiçiltdi  FOTO like
  • 14 Sen 19:48  
Şou-biznes Günaydan qəribə addım Əməliyyatla sinəsini kiçiltdi FOTO

Azərbaycanlı model Günay Musayeva yenidən əməliyyata girib.

arrow Ətraflı
Çıxışı zamanı Jirinovskinin şalvarı düşdü  VİDEO like
  • 14 Sen 19:42  
Digərləri Çıxışı zamanı Jirinovskinin şalvarı düşdü VİDEO

RLDP lideri Vladimir Jirinovski seçkiqabağı təbilğat zamanı xoşa gəlməz

arrow Ətraflı
Bu il 2 ton 628 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb  DİN like
  • 14 Sen 19:36  
Digərləri Bu il 2 ton 628 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb DİN

Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən ölkə ərazis

arrow Ətraflı
Qarışqa yuvası tortunun resepti like
  • 14 Sen 19:30  
Digərləri Qarışqa yuvası tortunun resepti

Son.az "Ağababa Ağababa" youtube kanalına istinadən oxucularına n

arrow Ətraflı
3 il sonra toyları oldu  FOTO like
  • 14 Sen 19:24  
Şou-biznes 3 il sonra toyları oldu FOTO

Aktrisa Fatoş Kabasakal ilə üç il əvvəl nikah masasına əyləşən iş

arrow Ətraflı
Qəbələdə istirahət mərkəzinin fəaliyyəti dayandırılıb like
  • 14 Sen 19:18  
Digərləri Qəbələdə istirahət mərkəzinin fəaliyyəti dayandırılıb

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyy

arrow Ətraflı
Zakir Həsənov və Hulusi Akar “TurAz Şahini  2021” təlimlərini izləyiblər  FOTO like
  • 14 Sen 19:14  
Digərləri Zakir Həsənov və Hulusi Akar “TurAz Şahini 2021” təlimlərini izləyiblər FOTO

Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akarın dəvətilə qa

arrow Ətraflı
Ümumilikdə 65 müəssisədən Rusiyaya alma ixracına icazə verilib like
  • 14 Sen 19:12  
Digərləri Ümumilikdə 65 müəssisədən Rusiyaya alma ixracına icazə verilib

Azərbaycan Respublikasından Rusiya Federasiyasına ixrac olunan pomidor və al

arrow Ətraflı
Elman Abbasov “Şücaətə görə” medalı ilə (ölümündən sonra) təltif edilib like
  • 14 Sen 18:58  
Digərləri Elman Abbasov “Şücaətə görə” medalı ilə (ölümündən sonra) təltif edilib

Azərbaycanın zəngin dövlətçilik tarixində güclü, mütəşəkkil, peşə

arrow Ətraflı
Zəli ilə peyvəndi bədəndən təmizləmək mümkündür?  Professordan açıqlama  FOTO like
  • 14 Sen 18:54  
Digərləri Zəli ilə peyvəndi bədəndən təmizləmək mümkündür? Professordan açıqlama FOTO

Türkiyədə tibb bacısının "Twitter" üzərindən etdiyi paylaşı

arrow Ətraflı
Bakıda ana fiziki məhdudiyyətli uşağını niyə maşında qoyaraq gedib? like
  • 14 Sen 18:48  
Digərləri Bakıda ana fiziki məhdudiyyətli uşağını niyə maşında qoyaraq gedib?

Bakıda ana azyaşlı övladını maşında tək qoyaraq parka gedib. Köməksiz

arrow Ətraflı
Yaqub Zurufçu vəfat etdi like
  • 14 Sen 18:46  
Kriminal Yaqub Zurufçu vəfat etdi

Koronavirusa (COVID-19) yoluxan Əməkdar artist Yaqub Zurufçu vəfat edib.

arrow Ətraflı
Avtomobil 5 yaşlı uşağın üstündən keçdi  Dəhşət dolu kadrlar  VİDEO like
  • 14 Sen 18:42  
Digərləri Avtomobil 5 yaşlı uşağın üstündən keçdi Dəhşət dolu kadrlar VİDEO

İstanbulda anasının əlindən ayrılaraq yolun kənarına qaçan 5 yaşlı u

arrow Ətraflı
Bu gün 69221 vaksin vuruldu like
  • 14 Sen 18:40  
Digərləri Bu gün 69221 vaksin vuruldu

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 69221 vaksin vurulub

arrow Ətraflı