Qəbələdə istirahət mərkəzinin fəaliyyəti dayandırılıb


Digərləri 14 Sen 2021 19:18:00 100 0

Qəbələdə istirahət mərkəzinin fəaliyyəti dayandırılıb

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi istiqamətində müvafiq tədbirlərin görülməsini davam etdirir.

Son.az Trend-ə istinadən bildirir ki, Nazirlikdən  verilən məlumata görə, bu məqsədlə, Xidmət tərəfindən Qəbələ rayonu, Qəmərvan kəndi ərazisində yerləşən istirahət mərkəzində aparılan plandankənar yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində insan həyat və sağlamlığına, ətraf mühitə, eləcə də dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaradan çoxsaylı nöqsanların mövcud olduğu aşkar edilib. Belə ki,

- obyektin istismarı Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb;

- odadavamlılığın artırılması üçün tikililərin taxta konstruksiyaları odadavamlı məhlulla hopdurulmayıb;

- tələb olunan sahələrdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu quraşdırılmayıb;

- obyekt normativ sənədlərin tələblərinə uyğun olaraq odsöndürənlərlə təchiz edilməyib;

- elektrik təsərrüfatı "Elektrik Qurğularının Quraşdırılması Qaydaları"nın tələblərinə uyğun quraşdırılmayıb, elektrik işlədicilərinin yanğın təhlükəli vəziyyətdə istismarına yol verilib.