Bakıda ana fiziki məhdudiyyətli uşağını niyə maşında qoyaraq gedib?


Digərləri 14 Sen 2021 18:48:00 111 0

Bakıda ana fiziki məhdudiyyətli uşağını niyə maşında qoyaraq gedib?

Bakıda ana azyaşlı övladını maşında tək qoyaraq parka gedib. Köməksiz vəziyyətdə qalmış fiziki məhdudiyyətli oğlan uşağını polis əməkdaşları xilas edib.

Son.az Xəzər TV-yə istinadən bildirir ki, hadisə gecə saatlarında Xətai rayonunda yeni salınmış Gənclik parkının girişində baş verib.

Avtomobillərin park olunduğu ərazidə vətəndaşlar maşında azyaşlı uşağın ağladığını görərək polisə xəbər veriblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gələndə isə məlum olub ki, maşında qalan uşaq fiziki məhdudiyyətlidir. Xoşbəxtlikdən avtomobilin yan şüşəsi aşağı olduğundan azyaşlını xilas etmək mümkün olub. Daha sonra uşağın anası tapılaraq ona təhvil verilib.

Hüquq-mühafizə orqanları əməkdaşlarının dediyinə görə, uşaq təxminən 2 saata yaxın avtomobilin içində qalıb. Polislər həmin qadınla söhbət də aparıblar. Onların sözlərinə görə, ana fiziki məhdudiyyətli övladını yanında daşıya bilmədiyi üçün maşında saxladığını bildirib.

Azyaşlının anası polis əməkdaşlarına həyat yoldaşından ayrıldığını və fiziki məhdudiyyətli övladını tək böyütdüyünü bildirib.

Qeyd edək ki, hadisənin görüntüləri əraziyə toplaşan insanlar tərəfindən çəkilib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: