Rəqsanənin qızına elçi gəldi Oğlan şoubiznesdəndir "Bəy boşanmış..."


Şou-biznes 14 Sen 2021 18:24:00 313 0

Rəqsanənin qızına elçi gəldi  Oğlan şoubiznesdəndir  "Bəy boşanmış..."

"Yaraşıqlı oğlanları sevmirəm"

Müğənni Rəqsanə İsmayılovanın qızı ifaçı Aysun İsmayılova şəxsi həyatından danışıb.

Son.az xəbər verir ki, lent.az-a açıqlama verən ifaçı bildirib ki, evlənmək üçün ona şou-biznesdən elçi düşənlər var:

"Şou-biznesdə 3 nəfər mənə elçi düşdü, razı olmadım. Çünki arada sevgi yox idi. İstəmərəm ki, ailə qurduğum şəxs tanınmış olsun. Çünki tanınmışın xanımı olmaq çətindir. Mən özüm ailə qurandan sonra sənətdən getmək istəyirəm. Ailə qurmağı düşünürəm. Məndən olsa, indi ərə gedərəm. Çünki mən ailə xəstəsiyəm. Amma heç vaxt özümdən yaşca kiçik bəylə evlənmərəm. Evlənəcəyim şəxs məndən maksimum 10 yaş böyük ola bilər. 

Toy olmadan övlad dünyaya gətirmərəm. Bu günü düşünmərəm, uşağın gələcəyini düşünərəm. Mənlə ailə qurmaq istəyən şəxs boşanmış bəy də ola bilər. Bu, normaldır. İlk evliliyi uğursuz olub, indi ikinci dəfə ailə qurur. Bu qismət işidir. Amma evli ola-ola kimləsə gəzmək, kimdənsə övlad dünyaya gətirmək biabırçılıqdır. Sırf ailə qurmaq xatirinə ailə qurmaq istəmirəm. Sevgi ilə yaranan hər şey gözəl olur. Nəyəsə görə ailə qumaqdansa, ata evimdə oturaram. Heç zaman düşünməmişəm ki, ailə quracağım şəxs imkanlı olacaq. Əsas onun mənə saf sevgisi, tərbiyəsi olsun. Yaraşıqlı oğlanları sevmirəm. Əsas xarakteri olsun".