Bu sahə üzrə Azərbaycan Türkiyə İşçi qrupunun Yol Xəritəsi imzalanıb FOTO


Digərləri 14 Sen 2021 18:26:00 118 0

Bu sahə üzrə Azərbaycan  Türkiyə İşçi qrupunun Yol Xəritəsi imzalanıb  FOTO

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Türkiyə Respublikası Prezidenti Administrasiyasının Rəqəmsal Transformasiya Ofisinin sədri Ali Taha Koçun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Nazirlikdən verilən məlumata görə, görüş zamanı Azərbaycanın rəqəmsal transformasiya konsepsiyasının həyata keçirilməsi, kibertəhlükəsizlik, fərdi məlumatların mühafizəsi, "Hökumət buludu" və digər məsələlər üzrə gələcək əməkdaşlıqla əlaqədar müzakirələr aparılıb.

Görüşün sonunda "Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Türkiyə Respublikası Prezidenti Administrasiyasının Rəqəmsal Transformasiya Ofisi arasında rəqəmsal transformasiya üzrə Azərbaycan - Türkiyə İşçi qrupunun Yol Xəritəsi" imzalanıb.

Yol Xəritəsi əsasında əməkdaşlığın əsas məqsədlərini rəqəmsal transformasiya sahəsində siyasətin formalaşdırılması və həyata keçirilməsi ilə yanaşı, insan resurslarının inkişafı təşkil edir.