"Toylar gənclərə qaldısa, o toydan, orda ifa olunan mahnılardan səviyyə axtarmaq olmaz"


Şou-biznes 14 Sen 2021 18:06:00 62 0

"Toylar gənclərə qaldısa, o toydan, orda ifa olunan mahnılardan səviyyə axtarmaq olmaz"

"Zəngilanda çox mehriban qonşularımız var idi, biz evdə oturmurduq ki. Bir gün o qonşuda, bir gün o qohumda, bir gün onlar bizdə olurdu. Həyat nə qədər maraqlı, isti idi. Bu gün insanların rahatlığı üçü hər şey var, amma onların içində heç bir istilik, dəyər yoxdur. Hər kəs deyir ki, özüm tapım, özüm qazanım, özüm yeyim. Ətrafındakı insanları heç düşünmürlər. İnsanı insan edən onun inamı, imanıdır. Bu gün elə bil ki, onlar itib".   Son.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında əməkdar artist Almaz Orucova deyib. O daha sonra hələ də doğma yurdu Zəngilana getməməyinin səbəblərindən danışıb.

Bu xəbəri də oxu: Həmkarı ilə eşq yaşayır FOTO

"Hələ ki, Zəngilana getməmişəm. Bacılarım da, qardaşım da deyirlər ki, gedək. Ən çox da böyük bacım. Arada oğlum gəlmişdi, vaxt edib gedə bilmədim. Düzdür, torpağı görməyə çox can atıram, amma evimiz dağılıb. Evimizin dəfələrlə uçulmuş halda şəkillərini mənə yollayıblar, elə bilirəm ki, getsəm o hisslərdən qurtula bilməyəcəyəm. Bir tərəfdən Zəngilana, evimizə getmək istəyirəm, digər bir tərəfdən də getmək istəmirəm, oranı elə görmək mənə ağırdır. "Ağıllı kənd" layihəsi bilirsiniz ki, Zəngilandan, bizim Ağalı kəndindən başlayıb. Bizim qohumumuz da orada mühəndis çalışır, deyir ki, istəyirəm bir az buralar abad olsun, sonra gələsiniz. İstəmirəm gəlib belə görəsiz buraları. Həyətimizdə elə yerlər var idi ki, bizim gözümüzün qabağında tikilmişdi. Nə qədər zəhmətimiz var idi o həyətdə. Bizim evimizin yuxarısı park idi, məşhur yer idi. Demək olar ki, Zəngilanın ən gözəl yeri idi. Bir dənə hamamımız qalıb. Ata-anamın əziyyətinə o qədər heyfslənirəm ki. Atam sürücü, anam da tibb bacısı idi. Hər ikisi alın tərləri ilə, əziyyətləri ilə oranı qurmuşdu. Yenə də şükürlər olsun ki, quru torpağımız var", - deyə sənətkar bildirib.

Almaz Orucova o vaxtkı toylarla indi keçirilən toyları da müqayisə edib.

"Zamanında şeirə, sənətə qiymət verən ailələrin şad günlərində, tədbirlərində çox iştirak etmişəm. İndi dönüb o günlərə baxanda qürurlanıram ki, nə yaxşı o günləri yaşamışam, həm də çox heyfslənirəm. Zaman elə həmin zamandır, insanlar dəyişib. Bəzən elə olurdu ki, gecə saat 3-4 ə qədər gözəl bəstəkar musiqiləri, mahnılar ifa etdirirdilər bizə. Toyların bir hissəsində muğama, xalq mahnılarına yer verirdilər. Amma bu gün özünüz də görürsünüz ki, toyları kimlər idarə edir?! Ailədə valideynin sözü keçmir, bu gün gənclər öz sözlərini deyirlər. Onların da zövqü toyda üzə çıxır. Toylar gənclərə qaldısa, o toydan, orda ifa olunan mahnılardan, repertuardan səviyyə axtarmaq olmaz. Bilirsiniz ki, onların qulaq asdıqları, sevdikləri müğənnilər kimlərdir. Hansı ki, yutubda milyon baxış toplayırlar. Bu gün yazılan musiqilərə, şeirlərə baxanda adamın qanı qaralır, əsəbləşir. İnsana mədəniyyət öyrətmək əvəzinə nə göstərirlər? Nə təbliğ edirlər? Nə olar ki, gözəlliyi, mədəniyyəti, sənəti təbliğ edəsiz? Yenə də sevinirəm ki, mənə qiymət verən insanlar az da olsa, var", -  deyə əməkdar artist bildirib.

Almaz Orucova daha sonra ustadı Şövkət Ələkbərovadan da danışıb.

Pulla görüşdüyü qadın "kişi" çıxdı, dəhşət yaşadı  FOTO like
  • 14 Sen 18:00  
Digərləri Pulla görüşdüyü qadın "kişi" çıxdı, dəhşət yaşadı FOTO

İstanbulda baş verən qətl hər kəsin müzakirə etdiyi mövzuya çevrilib.

arrow Ətraflı
Bu il Azərbaycanda nikahların sayı 50 faizə qədər artıb like
  • 14 Sen 17:58  
Digərləri Bu il Azərbaycanda nikahların sayı 50 faizə qədər artıb

Bu il Azərbaycanda nikahların sayı ötən illə müqayisədə 50 faizə qəd

arrow Ətraflı
Peyvənd əleyhinə hərəkatın lideri koronavirusdan öldü like
  • 14 Sen 17:54  
Digərləri Peyvənd əleyhinə hərəkatın lideri koronavirusdan öldü

İsraildə koronavirusa qarşı peyvəndləmə hərəkatının lideri Hay Şauly

arrow Ətraflı
Azərbaycan əhalisinin sayı açıqlandı like
  • 14 Sen 17:52  
Digərləri Azərbaycan əhalisinin sayı açıqlandı

Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 23 259 nəfər və ya 0,2 faiz

arrow Ətraflı
Həbsdə olan sabiq icra başçısı koronavirusa yoluxdu  təcridxana karantinə alındı like
  • 14 Sen 17:50  
Digərləri Həbsdə olan sabiq icra başçısı koronavirusa yoluxdu təcridxana karantinə alındı

Biləsuvar rayonunun həbsdə olan sabiq icra başçısı Mahir Quliyev koronavi

arrow Ətraflı
Bu il Azərbaycanda 3 min 611 narkotik alverçisi həbs edilib like
  • 14 Sen 17:48  
Digərləri Bu il Azərbaycanda 3 min 611 narkotik alverçisi həbs edilib

Daxili işlər orqanları əməkdaşları tərəfindən bu il ərazində keçiri

arrow Ətraflı
Əfsanəvi aktyor xərçəngdən vəfat etdi like
  • 14 Sen 17:42  
Şou-biznes Əfsanəvi aktyor xərçəngdən vəfat etdi

Vestern filmlərinin əfsanəvi aktyoru Don Kollyer vəfat edib.

arrow Ətraflı
SSRİdə edam olunan üçüncü qadın like
  • 14 Sen 17:36  
Digərləri SSRİdə edam olunan üçüncü qadın

Mövcud olduğu 70 il ərzində SSRİ-də cəmi üç qadın edam hökmünə məh

arrow Ətraflı
I sinfə şagird qəbulu sabah yekunlaşır like
  • 14 Sen 17:30  
Digərləri I sinfə şagird qəbulu sabah yekunlaşır

Sentyabrın 15-də 2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələ

arrow Ətraflı
Putinin sadə süfrəsi like
  • 14 Sen 17:24  
Digərləri Putinin sadə süfrəsi

Siyasi liderlərin qeyri-rəsmi tərəfləri, sevdikləri geyim brendləri, şə

arrow Ətraflı
Serialdakı xəyanət səhnəsi tənqid edildi like
  • 14 Sen 17:18  
Şou-biznes Serialdakı xəyanət səhnəsi tənqid edildi

Yeni mövsümün start götürməsi ilə Türkiyədə yayımlanan serialların t

arrow Ətraflı
Rusiyada daha 781 nəfər koronavirusdan ölüb like
  • 14 Sen 17:12  
Digərləri Rusiyada daha 781 nəfər koronavirusdan ölüb

Rusiyada son sutka ərzində 17 837 nəfər yeni növ koronavirusa (COVID-19) yo

arrow Ətraflı
Aygün Kazımovanın qızı İlqarə alt paltarında like
  • 14 Sen 17:06  
Şou-biznes Aygün Kazımovanın qızı İlqarə alt paltarında

Xalq artisti Aygün kazımovanın qızı İlqarədən xəbər var.

arrow Ətraflı
Xudafərin Sərhəd Gömrük Məntəqəsi tezliklə fəaliyyətə başlaya bilər – İranlı vali like
  • 14 Sen 16:54  
Digərləri Xudafərin Sərhəd Gömrük Məntəqəsi tezliklə fəaliyyətə başlaya bilər – İranlı vali

İranın şimal-qərbində yerləşən Şərqi Azərbaycan vilayətində Azərba

arrow Ətraflı
Bakıda "patı" açıq reklam olunur  Polis hərəkətə keçdi like
  • 14 Sen 16:50  
Digərləri Bakıda "patı" açıq reklam olunur Polis hərəkətə keçdi

Bakıda narkotik alverçilərinin onlayn şəbəkəsi yaranıb. Narkotik alverç

arrow Ətraflı