Serialdakı xəyanət səhnəsi tənqid edildi


Şou-biznes 14 Sen 2021 17:18:00 116 0

Serialdakı xəyanət səhnəsi tənqid edildi

Yeni mövsümün start götürməsi ilə Türkiyədə yayımlanan serialların tənqid olunması da başlayıb.

Son.az axşam.az-a istinadən xəbər verir ki, bu dəfə reytinqli seriallardan olan "Yasak elma"da davamlı olaraq xəyanət mövzusunun önə çıxması izləyicilər tərəfindən bəyənilməyib.

Ekran işinin baş rollarından "Yıldız"ın növbəti dəfə həyat yoldaşı tərəfindən xəyanətlə üzləşən qadın olması birmənalı qarşılanmayıb. Serialın şərh bölümünə "Yıldızı bu cür göstərməyi dayandırın" tipli tənqidlər yazılıb.  

Qeyd edək ki, ekran işində Yıldız obrazını Eda Ece canlandırır.