Xudafərin Sərhəd Gömrük Məntəqəsi tezliklə fəaliyyətə başlaya bilər – İranlı vali


Digərləri 14 Sen 2021 16:54:00 218 0

Xudafərin Sərhəd Gömrük Məntəqəsi tezliklə fəaliyyətə başlaya bilər – İranlı vali

İranın şimal-qərbində yerləşən Şərqi Azərbaycan vilayətində Azərbaycanla sərhəddə Xudafərin Sərhəd Gömrük Məntəqəsi tezliklə fəaliyyətə başlaya bilər.

Son.az Trend-ə istinadən bildirir ki, bunu  açıqlamasında İranın Şərqi Azərbaycan vilayətinin valisi Məhəmməd Rza Purməhəmmədi deyib.

M.Purməhəmmədinin sözlərinə görə, hazırda İranın Daxili İşlər Nazirliyində bir heyət Xudafərin sərhəd gömrük məntəqəsinin fəaliyyəti məsələsini araşdırmaqdadır. Azərbaycan tərəfi də hazır olduğunu elan etdiyi vaxt sərhəd məntəqəsi fəaliyyətə başlaya bilər.

Purməhəmmədi bildirib ki, bu sərhəd gömrük məntəqəsi uzun illər öncədən mövcud olsa da, Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyi dövrdə fəaliyyət göstərməyib. Hazırda isə İran tərəfindən bu sərhəd məntəqəsinin fəaliyyətə başlaması üçün lazımi addımlar atılır.