Peyvəndə qarşı əksgöstəriş sertifikatı verilən vətəndaşların sayı açıqlandı


Digərləri 14 Sen 2021 16:42:00 142 0

Peyvəndə qarşı əksgöstəriş sertifikatı verilən vətəndaşların sayı açıqlandı

Ölkədə vətəndaşlara verilən əks-göstəriş sertifikatlarının sayı açıqlanıb.

Son.az Trend-ə istinadən bildirir ki, Bakı Şəhər Baş Səhiyyə İdarəsinin Stasionar xidmətin təşkili sektorunun müdiri Aytən Sultanova  açıqlamasında bildirib ki, COVID-19 peyvəndi vurdurmağa qarşı əks göstərişlər idarəolunmayan epilepsiya, kəskin koronar sindrom, allergik və onkoloji xəstəliklərə görə, hamiləliyə, südverməyə görə, qan-damar sisteminin ağır xəstəlikləri, xroniki qaraciyər və böyrək xəstəliklərinə görə verilib.

Bu günə qədər ümumilikdə 1000-ə yaxın şəxsin müraciətinə müsbət cavab verilib və həmin vətəndaşlar artıq əks-göstəriş sertifikatı alıblar.