Avropada qışda enerji böhranı olacaq "Saxo Bank"


Digərləri 14 Sen 2021 16:48:00 111 0

Avropada qışda enerji böhranı olacaq  "Saxo Bank"

Avropada bu qış enerji böhranı riski artmaqda davam edir.

Son.az Trend-ə istinadən bildirir ki, bunu  "Saxo Bank"ın əmtəə-xammal bazarında strategiyalar şöbəsinin rəhbəri Ole Slot Hansen deyib.

O bildirib ki, təxminən gələn aydan başlanması gözlənilən qış isitmə mövsümü ərəfəsində təbii qaz ehtiyatları və tədarükü aşağı səviyyədədir:

"Hasilatın azalması və tələbin artması ilə əlaqədar Şimal yarımkürəsində gözlənilən əlverişsiz bazar şərtləri Avropa və Asiyada qaz qiymətələrinin artmasına gətirib çıxarıb. ABŞ da "İda" qasırğasından sonra Meksika körfəzində tədarükdə fasilələrlə üzləşib ki, bu da 1,7 milyard kubfut/sutka və ya ABŞ-ın gündəlik hasilatının 2 faizi həcmində azalamaya gətirib çıxarıb. Bu amil də öz növbəsində qışda qaz tələbinin pik həddi dövründə qaz ehtiyatlarının artırılması üzrə səyləri təhlükə altına qoyur".

Analitik qeyd edib ki, güclü iqtisadi artım, isti hava və Rusiyadan Avropaya tədarük həcmlərinin azalması nəticəsində qlobal tədarük prosesində yaranan fasilələr bu sektora ciddi təkan verib: