Nazilə Xoşqədəm qalmaqalı böyüyür:


Şou-biznes 14 Sen 2021 16:12:00 49 0

Nazilə Xoşqədəm qalmaqalı böyüyür:

Aparıcı Xoşqədəm Hidayətqızı ilə şairə Nazilə Səfərli arasında uzun müddətdir davam edən məhkəmə işi başa çatıb. Məhkəmə qərarına əsasən N.Səfərli aparıcıdan üzr istəməli idi. Bir müddət əvvəl isə şairənin üzr məktubu bəzi sosial şəbəkə profillərində paylaşılıb.

Son.az xəbər verir ki, məsələ ilə bağlı axşam.az-a müsahibə verən Nazilə Səfərli bildirib ki, üzr məktubunu o, yazmayıb. O söyləyib ki, qarşı tərəfdən nə yazılı, nə də şifahi formada üzr istəməyib:

"Məhkəmə olanda Bakıda deyildim. Yazıblar ki, guya mən üzr istəmişəm. Mən də 1 ay dincəldim. Bir çox insanlar məsələnin nə olduğunu məndən soruşur, savadlılar isə bunu soruşmadı. Savadlı adam görür ki, üzr istəmək belə olmur. Cahillərə necə başa salım? Məhkəmə çoxdan bitib. O, sözü deyən şəxs özü üzr istədi. Mənim üzr istəmək fikrim yoxdur, olmayıb, istəmədim də".

"İddia edilirdi ki, müsahibədə "Ərim keçmişdə Xoşqədəmi yox, məni seçdiyi üçün məndən qisas alır" sözünü işlətmisiniz. Siz isə belə bir ifadə demədiyinizi açıqladınız. Niyə məhkəmə bu həddə çatdı" sualına N.Səfərli belə cavab verib:

"Bütün bu işlərin başında dəxlisiz məişət mövzusu var idi. Onlar məni "Xəzər TV" pəncərəsindən mənə aidiyyatı olmayan biri ilə vurdular. Nəslimdə nə qədər adam var, kiminsə çıxıb məndən şikayət etməsi düzdür? Hər nəslin bir çürük alması var. Bunun mənə nə aidiyyatı var?

Həmin sözü "Show-news" saytı yazmışdı. Adam çıxdı təkzib etdi, sonra da 500 manat təzminat ödədi. Üzr də istədi. Mən də təkzib etdim. Amma demədiyim söz üçün üzr istəmədim".

N.Səfərli bir müddət əvvəl polis idarəsinə aparılması haqda xəbərlərə aydınlıq gətirib:

"Hay çıxdı ki, polis saxlayıb, bölməyə aparılmışam. Belə bir şey olmayıb. Aparılmışamsa, hanı görüntü? Niyə mənim piarımı edirlər? Evimdə otururam, baxıram ki, gündəmdəyəm. Durub kənardan tamaşa edirəm... Sən demə, mən Polad Ələmdəram, xəbərim yoxdur (gülür). Görün, mən kiməm... Naxçıvana uçurmuşam, hava limanında tutublar (gülür).

Bir gün Tarix Əliyev zəng etdi ki, Moskvaya gedəcəksən? Dedim, bəli. Qayıtdı ki, filankəs deyir o, Moskvaya getsə, it kimi ulayaram. Dedim, hələ toya var, indidən başlamayın (gülür). Siz çörəklə oynayırsız? Həmin ərəfədə polis söhbəti yayıldı. Axtarışda idimsə, necə iki gün sonra Moskvaya getdim? Nə etmişəm? İşimin adı xına, toy aparmaqdır. Televiziyadan asılı olan adam deyiləm. Belə ki, məni bir il evdə qapadın, çıxıb bir kəlmə deyəcəm, yenə yer yerindən oynayacaq. Kimsə kamera arxasında özünü nəhəng hiss edir. Üzr istəməmişəm, təkrar deyirəm istəməmişəm".

"Yekun məhkəmə qərarında nəticə nə oldu" sualına N.Səfərli belə reaksiya verib:

"İyulun 30-da guya, "Show-news" saytında bir üzr kağızı çıxıb. Həmin "üzr" avqustun 13-də sözügedən sayt tərəfindən paylaşılıb. Başqaları da bunu sosial şəbəkədə yayımlayıblar. Buradan sual verirəm, mənim səhifəmdə həmin üzr var idi? Tutaq ki, üzr istədim. İndi sizləri "Show-news" saytının 30 iyul buraxılışına baxmağa dəvət edirəm. Axı saytda o tarixdə həmin yazı yoxdur... Sayt olmayan üzr yazısını 13 tarixində 30-u paylaşım etmiş kimi sosial şəbəkədə yerləşdirib (gülür). Ağlı yerində olan insanam, kimsə zorla bunu etdirə bilməz. Üç-dörd sayt bunu yaydı, biri də quyruqbulayan idi. Savadlı jurnalistlər isə bu yazını yazmadı. Şou-biznesdə nə qədər üzrlər istəndi. Hansı belə dəxlisiz olub?

Üzr istəmək eyib deyil, amma yanlış qapı döyülmüşdü. Həmin adam mən deyiləm, ölərəm üzr istəmərəm. Məhkəməyə çıxdım, hər iki tərəfin vəkili orada idi. Hakim sual verdi ki, sizi 30 sutka həbs gözləyir. Dedim, hazıram. Qayıtdı, amma üzr istəyə bilərsən. Dedim, hazır deyiləm. Bu işin axırı nədir, cəza? Cəzamı istədim. Qüruruma görə tutulacam... Buna görə fəxr edirəm".

"Bəs 500 manat cərimə ödəməyiniz məsələsi gerçək deyildi" sualını isə şairə təsdiqləyib:

"Məhkəmədə 500 manat cərimələndim, növbəti məhkəməni gözləyirdim. Bir də gördüm xitam verildi. Nəticə etibarı ilə mənə xoşdur. Xitam olunmuş işin nəyini araşdırım? Özüm bilirəm ki, bunu mən etməmişəm. Məni böyük bilirlər, üzürüm vacibdir yəqin. Xəyalda olsa da, yaratmaq istəyirlər. Dönə-dönə deyirəm üzr istəməmişəm.

Cəmiyyəti yanıltmaq olmaz. Yalan yayaraq, insanları aldatmaq olmaz. Teleməkanda insanın həyatını təhqirə gətirmək olmaz. Mənəm, məndən danışın! Hamının ailəsində hər şey var".

N.Səfərlinin vəkili Fuad Bədəlov isə məsələ ilə bağlı "Saytlarda yerləşdirilən xəbərlərin məsuliyyətini sayt daşıyır. O halda ki, orada olan məlumatlar məhz onların öz adından qeydə alınıb. Yəni həmin məlumatlar hansısa fiziki və hüquqi şəxs tərəfindən istər yazılı, istərsə də müsahibə formasında təqdim olunmayıb" sözlərini söyləyib.

67 yaşlı təqaüdçüyə təcavüz etdilər like
  • 14 Sen 16:06  
Digərləri 67 yaşlı təqaüdçüyə təcavüz etdilər

Moskva yaxnlığında 67 yaşlı təqaüdçüyə təcavüz edilib sonra da öld

arrow Ətraflı
Karantin rejimi ilə bağlı məktəb direktorlarına tapşırıqlar verildi like
  • 14 Sen 16:00  
Digərləri Karantin rejimi ilə bağlı məktəb direktorlarına tapşırıqlar verildi

Ümumi, məktəbdənkənar və orta ixtisas təhsili müəssisələrində mövcu

arrow Ətraflı
Şeirlə kiməsə ürəyimi açmağı özümə yaraşdırmıram like
  • 14 Sen 15:54  
Şou-biznes Şeirlə kiməsə ürəyimi açmağı özümə yaraşdırmıram

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq"

arrow Ətraflı
Gələcəyin yeni təhsil forması like
  • 14 Sen 15:48  
Digərləri Gələcəyin yeni təhsil forması

Steam 100 min, rəqəmsal bacarıqlar layihəsi 190 min şagirdi əhatə edəcə

arrow Ətraflı
Məsciddən ayaqqabı oğurlayan şəxs ələ keçdi  VİDEO like
  • 14 Sen 15:42  
Digərləri Məsciddən ayaqqabı oğurlayan şəxs ələ keçdi VİDEO

Trabzonda girdiyi məsciddə ayaqqabıları oğurlayan şəxsin görüntüləri

arrow Ətraflı
Bakıda şəhid bulağının açılışı olub like
  • 14 Sen 15:36  
Digərləri Bakıda şəhid bulağının açılışı olub

Şəhid Osman Manafovun xatirəsi əbədiləşdirilib

arrow Ətraflı
Ayı turistlərə hücum etdi like
  • 14 Sen 15:24  
Digərləri Ayı turistlərə hücum etdi

Soçidə Açişko ayı dağ silsiləsində yerləşən Zerkalnoye gölünün ya

arrow Ətraflı
Bakıda tarixi binalar qorunacaq like
  • 14 Sen 15:18  
Digərləri Bakıda tarixi binalar qorunacaq

700-dən çox bina və fasadın fotosu çəkilib, 50 elektron təsvir yaradılı

arrow Ətraflı
Bakıda əməliyyat  40 nəfərlik dəstə yaxalandı  VİDEO  FOTO like
  • 14 Sen 15:12  
Digərləri Bakıda əməliyyat 40 nəfərlik dəstə yaxalandı VİDEO FOTO

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının narkotik vasitələrin qa

arrow Ətraflı
“Dəmir bilək“ ləqəbli kəşfiyyatçı like
  • 14 Sen 15:06  
Digərləri “Dəmir bilək“ ləqəbli kəşfiyyatçı

200-dək ermənini məhv edən şəhid Siyahim Dəmirovun ad günü idi

arrow Ətraflı
Kiçik çavuşun böyük qəhrəmanlığı like
  • 14 Sen 14:54  
Digərləri Kiçik çavuşun böyük qəhrəmanlığı

Şəhid Elşən Musayevin yaşadığı Müşfiqabad qəsəbəsi abadlaşdırıl

arrow Ətraflı
“VƏTƏN HAQQI”: Vətən müharibəsi şəhidi Cəbrayıl Dövlətzadə like
  • 14 Sen 14:42  
Digərləri “VƏTƏN HAQQI”: Vətən müharibəsi şəhidi Cəbrayıl Dövlətzadə

Son.az Real TV-yə istinadən Vətən müharibəsi şəhidi Cəbrayıl Dövlət

arrow Ətraflı
Meşədə gəzintiyə çıxarılan it xəzinə aşkar etdi like
  • 14 Sen 14:36  
Digərləri Meşədə gəzintiyə çıxarılan it xəzinə aşkar etdi

Çexiyada sahibi tərəfindən meşədə gəzintiyə çıxarılan it 14-cü əsr

arrow Ətraflı
Prezident İlham Əliyev: Özəl investisiyalar olmadan ölkəmiz istədiyimiz qədər inkişaf edə bilməz like
  • 14 Sen 14:33  
Siyasət Prezident İlham Əliyev: Özəl investisiyalar olmadan ölkəmiz istədiyimiz qədər inkişaf edə bilməz

Özəl investisiyalar olmadan ölkəmiz istədiyimiz qədər inkişaf edə bilm

arrow Ətraflı