Şadlıq saraylarında sifarişlər azalıb


Digərləri 14 Sen 2021 16:18:00 145 0

Şadlıq saraylarında sifarişlər azalıb

Azərbaycanda Məhərrəm ayı başlayandan sonra şadlıq saraylarında sifarişlər xeyli azalıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib.

Qeyd edilib ki, avqustun 10-da Məhərrəm ayı başlayır, daha sonra Səfər ayı gəlir və bunlar ümumilikdə təqribən 2 ay ərzində davam edir.

Bu müddət ərzində şadlıq saraylarında sifarişlər kəskin azalır. Sentyabr ayı üçün sifarişlərin sayı xeyli azalıb. Lakin növbəti aydan şadlıq saraylarında sifarişlər çoxalacaq. Məlumdur ki, bir çox insanlar toy mərasimlərini bu iki ayın bitməsindən sonrakı dövrə planlaşdırır. Bu baxımdan oktyabrın 2-ci ongünlüyündən etibarən şadlıq saraylarında sıxlıq olacağı düşünülür.

Şadlıq saraylarında qiymətlərə gəlincə isə Mərkəzdən bildirilib ki, pandemiyadan sonra bu məkanlarda qiymət artımı baş verib və məhərrəmlikdə sifarişlərin azalması qiymətlərin ucuzlaşmasına səbəb olmayıb.