67 yaşlı təqaüdçüyə təcavüz etdilər


Digərləri 14 Sen 2021 16:06:00 123 0

67 yaşlı təqaüdçüyə təcavüz etdilər

Moskva yaxnlığında 67 yaşlı təqaüdçüyə təcavüz edilib sonra da öldürülməsi iddiası əsasında miqrantlar saxlanılıb.

Son.az RİA Novosti-yə istinadən xəbər verir ki, onlar iki nəfər olub. Cinayət törətməkdə şübhəli bilinən şəxslərin qonşu dövlətlərdən Rusiyaya gələn 1988 və 1984-cü il təvəllüdlü şəxslər olduğu ortaya çıxıb. Hüquq-mühafizə orqanları miqrantların Rusiyada qalmasının qanuniliyini də yoxlayacaq. Bundan əlavə, müstəntiqlər miqrantların törətdiyi digər oxşar cinayətlərlə bağlı mətbuatda gedən xəbərləri tədqiq edəcəklər. 67 yaşlı təqaüdçünün cəsədi meşədə tapılıb. Cəsəd şiddətli ölüm əlamətləri göstərir. Faktla bağlı cinayət işi başlanıb.

Kamran Seyidov Son.az