“Dəmir bilək“ ləqəbli kəşfiyyatçı


Digərləri 14 Sen 2021 15:06:00 109 0

“Dəmir bilək“ ləqəbli kəşfiyyatçı

200-dək ermənini məhv edən şəhid Siyahim Dəmirovun ad günü idi

Son.az Real TV-yə istinadən bildirir ki, ötən gün Beyləqanın Yuxarı Əlinəzərli kəndində xüsusi ab-hava yaşanırdı - qürur, fəxarətlə dolu ömür yolu olan igid şəhidimiz Siyahim Dəmirovun günü idi. 31 yaşını bütün el-oba qeyd etdi qorxmaz kəşfiyyatçının. İndi onun doğma ocağına gələnləri ilk olaraq Siyahim özü qarşılayacaq. Evinin qarşısında açılan xatirə abidəsi və bulağı Siyahim sevənlərin ziyarət məkanı olacaq. Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrində xidmət edən Siyahim Dəmirov şücaətinə görə dəmir bilək ləqəbi ilə tanınırdı. 3 il yarım topçu və top komandiri kimi xidmət edən Siyahim hələ Aprel döyüşlərində böyük qəhrəmanlıq göstərən, Lələtəpəyə ilk bayraq sancan qəhrəmanlarımızdandı. Vətən müharibəsində də 33 gün düşmənə sözün əsl mənasında qan udduran Siyahim 200-dək ermənini məhv edib. Şəhid kəşfiyyatçımız ölümündən sonra "Qarabağ" ordeni, "Vətən uğrunda", Xocavəndin, Kəlbəcərin azad edilməsinə görə medalları ilə təltif edilib. Mərdliyi, qəhrəmanlığı ilə bütün xalqının qəlbini fəth edən Siyahim Dəmirov əbədi olaraq Azərbaycanın və azərbaycanlıların fəxri olacaq.

Son.az