Prezident İlham Əliyev: Özəl investisiyalar olmadan ölkəmiz istədiyimiz qədər inkişaf edə bilməz


Siyasət 14 Sen 2021 14:33:00 62 0

Prezident İlham Əliyev: Özəl investisiyalar olmadan ölkəmiz istədiyimiz qədər inkişaf edə bilməz

Özəl investisiyalar olmadan ölkəmiz istədiyimiz qədər inkişaf edə bilməz.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Prezident İlham Əliyev Rafiq Cəlilovu Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı və Rəşad Tağıyevi Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib.

Dövlət başçısı bildirib: "Eyni zamanda, siz çalışmalısınız ki, rayonlara investisiyalar cəlb edəsiniz, həm yerli, həm xarici. Burada da fəallıq göstərilməlidir. Çünki özəl investisiyalar olmadan ölkəmiz istədiyimiz qədər inkişaf edə bilməz. Dövlət hər şeyi öz boynuna götürə bilməz. Onsuz da bütün ölkə üzrə bütün bu quruculuq-abadlıq işləri dövlət investisiya xətti ilə görülmüşdür və sahibkarlara şərait yaradılmalıdır. Sahibkarlara imkanlar verilməlidir ki, gəlsinlər öz vəsaitlərini qoysunlar, iş yerləri yaratsınlar. Ancaq iş görmək istəyən sahibkar bəzi hallarda problemlərlə üzləşir, ona qarşı hansısa əsassız tələblər qoyulur, ondan pay istənilir və sahibkar da küsüb gedir, ümumiyyətlə, nə iş yeri yaradır, nə müəssisə yaradır, çıxıb gedir. Bu hallar da var. Buna da son qoyulmalıdır. Sahibkar əmin olmalıdır ki, o, ancaq dövlətin vergisini ödəməlidir, vəssalam. Xüsusilə nəzərə alınmalıdır ki, həm Cəlilabad, həm Şəmkir rayonlarının çox böyük potensialı var, münbit torpaqları var, insan resursları var, hazırlıqlı kadr potensialı var. Hər iki rayonun əhalisi də kifayət qədər böyükdür, digər rayonlarla müqayisədə çox böyük sənaye və kənd təsərrüfatı, turizm potensialı var. Bunlardan səmərəli şəkildə istifadə etmək lazımdır. Baxın, dövlət hər şeyi edib, gözəl yollar, qaz xətləri, elektrik xətləri, su xətləri çəkilib, suvarma sistemləri, su anbarları yaradılıb, xəstəxanalar, məktəblər, idman qurğuları tikilib. Qalan işləri yerlərdəki rəhbərlər etməlidirlər. Ona görə, bu da sizə verdiyim tapşırıqlardan biridir və elə işləməlisiniz ki, bir də demək istəyirəm, insanlar sizdən razı qalsınlar, rayonlarda işlər yaxşı getsin, inkişaf olsun, quruculuq olsun, abadlıq olsun. Belə olan halda siz məndən yüksək qiymət alacaqsınız. Əks təqdirdə, sizi nələr gözləyir, sizdən əvvəl işləyənlərin aqibəti daim sizin gözünüzün qabağında olmalıdır".

Son.az 

Cəlilabadın yeni icra başçısı Rafiq Cəlilov kimdir? like
  • 14 Sen 14:32  
Siyasət Cəlilabadın yeni icra başçısı Rafiq Cəlilov kimdir?

Prezident İlham Əliyevin imzaladığı sərəncamla Rafiq Əsgər oğlu Cəlil

arrow Ətraflı
Prezident İlham Əliyev: Biz hər bir rayonun inkişafı ilə bağlı lazımi addımları atacağıq like
  • 14 Sen 14:31  
Siyasət Prezident İlham Əliyev: Biz hər bir rayonun inkişafı ilə bağlı lazımi addımları atacağıq

Biz hər bir rayonun inkişafı ilə bağlı lazımi addımları atacağıq.

arrow Ətraflı
Diqqətdən kənar qalan Vladimirovka like
  • 14 Sen 14:25  
Digərləri Diqqətdən kənar qalan Vladimirovka

İcra hakimiyyəti və bələdiyyə sakinlərin problemlərinə münasibət bild

arrow Ətraflı
Tələbə yataqxanalarında qiymət və şərait necədir? like
  • 14 Sen 14:18  
Digərləri Tələbə yataqxanalarında qiymət və şərait necədir?

Paytaxt Bakıdakı tələbə yataqxanaları yenilənir. Yataqxanalar üç hissə

arrow Ətraflı
Elvin Bəşirov, Ruslan Hüseynov və İsfar Sarabskidən möhtəşəm performans like
  • 14 Sen 14:17  
Kriminal Elvin Bəşirov, Ruslan Hüseynov və İsfar Sarabskidən möhtəşəm performans

Elvin Bəşirov, Ruslan Hüseynov və İsfar Sarabskinin Azərbaycandakı caz h

arrow Ətraflı
Şəmkirin yeni İcra başçısı Rəşad Tağıyev kimdir? like
  • 14 Sen 14:16  
Siyasət Şəmkirin yeni İcra başçısı Rəşad Tağıyev kimdir?

Prezident İlham Əliyevin imzaladığı sərəncamla Rəşad Ənvər oğlu Tağ

arrow Ətraflı
Qan düşmənçiliyi ölümlə bitdi like
  • 14 Sen 14:12  
Digərləri Qan düşmənçiliyi ölümlə bitdi

Adanada bir-biri ilə düşmənçilik edən şəxsin mübahisəsi qanlı sonluql

arrow Ətraflı
Zakir Həsənov Türkiyəyə yola düşüb like
  • 14 Sen 14:07  
Siyasət Zakir Həsənov Türkiyəyə yola düşüb

Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab Hulusi Akarın dəvət

arrow Ətraflı
Telefon zəngi zamanı şəxsi məlumatları bölüşməyin like
  • 14 Sen 14:06  
Digərləri Telefon zəngi zamanı şəxsi məlumatları bölüşməyin

Son günlər kiberhücum vasitəsilə insanlar aldadılır və şəxsi məlumatl

arrow Ətraflı
Dəmir alətlə təcavüz olunan qadın həyatını itirdi like
  • 14 Sen 14:00  
Digərləri Dəmir alətlə təcavüz olunan qadın həyatını itirdi

Hindistanda zorlandıqdan sonra özünə gəlməyən, ağır bədən xəsarəti

arrow Ətraflı