Meşədə gəzintiyə çıxarılan it xəzinə aşkar etdi


Digərləri 14 Sen 2021 14:36:00 173 0

Meşədə gəzintiyə çıxarılan it xəzinə aşkar etdi

Çexiyada sahibi tərəfindən meşədə gəzintiyə çıxarılan it 14-cü əsrdən bəri itirilmiş xəzinəni aşkar edib.

Son.az xarici mediaya istinadən xəbər verir ki, yerin 10 santimetr dərinliyində qazılan torpaq qazandakı 374 sikkənin Praqa "groschen" gümüşündən hazırlandığı müəyyən edilib. Arxeoloqların ətraflı araşdırmasından sonra sikkələrin bir krala aid olduğu və ya dövrün əhəmiyyətli bir şəxsinin olduğu aydın olub.

Çexiya muzeyinin direktoru Tomas Vitasek "muzeyimizə gətirilən xəzinə bölgədəki ən əhəmiyyətli tarixi əsərlərdən biridir. 14-cü əsrə aid olduğunu təxmin edirik. Bu xəzinəni tapıb bizə gətirən şəxsə təşəkkür edirik. Araşdırmalarımızdan sonra ziyarətçilərə təqdim edə biləcəyik" - deyib.

Kamran Seyidov Son.az