Prezident İlham Əliyev: Təbii qazla təchizat göstəricisinə görə Azərbaycan dünya miqyasında ən qabaqcıl yerlərdədir


Siyasət 14 Sen 2021 14:20:00 56 0

Prezident İlham Əliyev: Təbii qazla təchizat göstəricisinə görə Azərbaycan dünya miqyasında ən qabaqcıl yerlərdədir

Ölkə üzrə təbii qazla təchizat 96-97 faizə çatıb və bu göstəriciyə görə Azərbaycan dünya miqyasında ən qabaqcıl yerlərdədir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Prezident İlham Əliyev Cəlilabad və Şəmkir rayonlarına təyin olunmuş icra hakimiyyəti başçılarını videoformatda qəbul edərkən çıxışında bildirib.

Son illər hər iki rayonun sosial-iqtisadi inkişafı üçün çox böyük işlər görüldüyünü, dövlət investisiya proqramları çərçivəsində əsas infrastruktur layihələri icra olunduğunu qeyd edən dövlətimizin başçısı deyib: "Regionların Sosial-İqtisadi İnkişafı Dövlət proqramlarının icrası çərçivəsində hər iki rayonda böyük abadlıq işləri aparılıb. Demək olar ki, əsas infrastruktur layihələri icra edilmiş hesab oluna bilər. Hər iki rayonda elektrik təsərrüfatı tamamilə yenilənib və elektrik enerjisinin təchizatında hər hansı bir problem yoxdur. Qazlaşdırma işləri sürətlə aparılmışdır. Cəlilabad rayonunda qazlaşdırmanın səviyyəsi 90 faizdən çoxdur, Şəmkir rayonunda isə 100 faizə yaxınlaşır. Hesab edirəm ki, bu, son illər ərzində bölgələrdə aparılmış işlər arasında xüsusi yerə layiq olan işlərdir. Çünki təbii qazla vətəndaşlarımızı təmin etmək bizim əsas vəzifələrimizdən biri idi və bu gün ölkə üzrə təbii qazla təchizat 96-97 faizə çatıbdır. Bu göstəriciyə görə Azərbaycan dünya miqyasında ən qabaqcıl yerlərdədir".

Cəlilabad və Şəmkir şəhərlərinə 2013-cü və 2017-ci illərdə içməli suyun verilməsini böyük hadisə adlandıran Prezident bildirib ki, bir çox kəndlərdə bu problem öz həllini tapıb. "Suvarma ilə bağlı böyük işlər görülüb. Bir çox artezian quyuları qazılıb. Eyni zamanda, Şəmkir rayonunda böyük su anbarı tikilib - Şəmkirçay su anbarı. Hansı ki, həm Şəmkir, həm də qonşu rayonlarda meliorativ tədbirlərin görülməsi üçün yeni imkanlar yaradıb, həmçinin suvarılan torpaqların miqyasını böyük dərəcədə genişləndirib", - deyə Azərbaycan Prezidenti vurğulayıb.

Son.az 

Tələbə yataqxanalarında qiymət və şərait necədir? like
  • 14 Sen 14:18  
Digərləri Tələbə yataqxanalarında qiymət və şərait necədir?

Paytaxt Bakıdakı tələbə yataqxanaları yenilənir. Yataqxanalar üç hissə

arrow Ətraflı
Elvin Bəşirov, Ruslan Hüseynov və İsfar Sarabskidən möhtəşəm performans like
  • 14 Sen 14:17  
Kriminal Elvin Bəşirov, Ruslan Hüseynov və İsfar Sarabskidən möhtəşəm performans

Elvin Bəşirov, Ruslan Hüseynov və İsfar Sarabskinin Azərbaycandakı caz h

arrow Ətraflı
Şəmkirin yeni İcra başçısı Rəşad Tağıyev kimdir? like
  • 14 Sen 14:16  
Siyasət Şəmkirin yeni İcra başçısı Rəşad Tağıyev kimdir?

Prezident İlham Əliyevin imzaladığı sərəncamla Rəşad Ənvər oğlu Tağ

arrow Ətraflı
Qan düşmənçiliyi ölümlə bitdi like
  • 14 Sen 14:12  
Digərləri Qan düşmənçiliyi ölümlə bitdi

Adanada bir-biri ilə düşmənçilik edən şəxsin mübahisəsi qanlı sonluql

arrow Ətraflı
Zakir Həsənov Türkiyəyə yola düşüb like
  • 14 Sen 14:07  
Siyasət Zakir Həsənov Türkiyəyə yola düşüb

Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab Hulusi Akarın dəvət

arrow Ətraflı
Telefon zəngi zamanı şəxsi məlumatları bölüşməyin like
  • 14 Sen 14:06  
Digərləri Telefon zəngi zamanı şəxsi məlumatları bölüşməyin

Son günlər kiberhücum vasitəsilə insanlar aldadılır və şəxsi məlumatl

arrow Ətraflı
Dəmir alətlə təcavüz olunan qadın həyatını itirdi like
  • 14 Sen 14:00  
Digərləri Dəmir alətlə təcavüz olunan qadın həyatını itirdi

Hindistanda zorlandıqdan sonra özünə gəlməyən, ağır bədən xəsarəti

arrow Ətraflı
Qəhrəman şəhidimiz Anar Qarayev like
  • 14 Sen 13:54  
Digərləri Qəhrəman şəhidimiz Anar Qarayev

İşğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda o da canını

arrow Ətraflı
Qətl baş verən “Beerlin Pub”da yenə kütləvi dava like
  • 14 Sen 13:51  
Digərləri Qətl baş verən “Beerlin Pub”da yenə kütləvi dava

Avqustun 29-da axşam saatlarında mühafizəçinin müştərini döyərək öld

arrow Ətraflı
Ya Azərbaycanın dediyi olacaq, like
  • 14 Sen 13:49  
Siyasət Ya Azərbaycanın dediyi olacaq,

"Olduqca maraqlı bir vəziyyət yaranıb. NATO ölkələri sırasında iq

arrow Ətraflı
Əfqan qadınlar ayağa qalxdı  "Geyimimə toxunma" kampaniyası ilə Talibana cavab verdilər like
  • 14 Sen 13:48  
Dünya Əfqan qadınlar ayağa qalxdı "Geyimimə toxunma" kampaniyası ilə Talibana cavab verdilər

Son günlərdə bir çox əfqanıstanlı qadın rəngarəng ənənəvi geyimlər

arrow Ətraflı
Toxum əkib, ot biçdilər  Fermerlər saxta toxum satanlardan şikayətçidir like
  • 14 Sen 13:38  
Digərləri Toxum əkib, ot biçdilər Fermerlər saxta toxum satanlardan şikayətçidir

Cənub bölgəsindən olan fermerlər saxta toxum satanlardan şikayətçidir. O

arrow Ətraflı
Şəmkirə yeni İcra başçısı təyin edildi  SƏRƏNCAM like
  • 14 Sen 13:37  
Siyasət Şəmkirə yeni İcra başçısı təyin edildi SƏRƏNCAM

Rəşad Ənvər oğlu Tağıyev Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı

arrow Ətraflı
Cəlilabad Rayon İcra Hakimiyyətinin yeni başçısı təyin edilib  SƏRƏNCAM like
  • 14 Sen 13:35  
Siyasət Cəlilabad Rayon İcra Hakimiyyətinin yeni başçısı təyin edilib SƏRƏNCAM

Prezident İlham Əliyev Rafiq Cəlilovun Cəlilabad Rayon İcra Hakimiyyətinin

arrow Ətraflı