Tələbə yataqxanalarında qiymət və şərait necədir?


Digərləri 14 Sen 2021 14:18:00 139 0

Tələbə yataqxanalarında qiymət və şərait necədir?

Paytaxt Bakıdakı tələbə yataqxanaları yenilənir. Yataqxanalar üç hissəyə bölünür. 

Son.az Xəzər TV-yə istinadən bildirir ki, keçən ilin mart ayından  pamdemiya səbəbilə qapılarını tələbələrin üzünə bağlayan Memarlıq və İnşaat Universitetinin yataqxanası  bu bir ili özü üçün zaman bilərək tamamilə yenilənib.

Doqquz mərtəbədən ibarət tələbə evinin hər otağı 3 tələbə üçün nəzərdə tutulub. Bundan əlavə, mətbəx, idman zalı, kitabxana, duş otaqları  da mövcuddur.

Qiymət isə bütün kommunlar xərclər daxil  aylıq 40 manatdır.

Azərbaycan Dillər Universiteti isə işləyən tələbələri nəzərə alaraq ümumiyyətlə fəaliyyətini dayandırmayıb. Kommunal ödənişlər də daxil olmaqla aya 20 manat ödənilir. Burada həm Azərbaycan Dillər Universitetinin, həm də digər ali məktəblərin qız tələbələri qala bilirlər.

Bakı Dövlət Universitetinin 5 mərtəbəlik tələbə evində isə 104 standart otaq var.  Otaqların bəzilərində 2, bəzilərində 3 nəfər qala bilər.