"Ailəmlə nə etmişik özümüz bilərik" deyən Samirə xəyanətlə bağlı suala qəzəblənib studiyadan getdi


Şou-biznes 14 Sen 2021 13:42:00 189 0

"Ailəmlə nə etmişik özümüz bilərik" deyən Samirə xəyanətlə bağlı suala qəzəblənib studiyadan getdi

Aşıq Samirə Əliyeva "ARB" telekanalında yayımlanan "Onun sirri" proqramında qonaq olub.

Son.az axşam.az-a istinadən xəbər verir ki, verilişdə aparıcı Lətafət Ələkbərova sənətçiyə "Həyat yoldaşınızla xəyanətə görə ayrılmısınız" sualını ünvanlayıb. S.Əliyeva isə suala cavab vermək istəməyib və qəzəblənərək studiyanı tərk edib:

"Bu mövzu çoxdan baş verib. Bizim həyat qurmağımız, ayrılmağımız haqda yetərincə açıqlama vermişik. Bərabərik, düşmən kimi ayrılmamışıq. Həmişə çalışmışam ki, qapalı olum. O vaxt bu mövzuda ona görə açıqlama verdim ki, başqa "donlar" geyindirilməsin. O vaxtdan da bu mövzunu bağladım. Bu barədə danışmaq istəmirəm. Mən özümə hörmət bəsləyən adamam, sizdən də bunu gözləyirəm. Proqramda udmaq-uduzmaq və ya heç bir səbəb məni şəxsi həyatımla bağlı danışmağa vadar edə bilməz. Bu haqda danışmaq istəmirəm".

Aparıcı isə Samirəyə "Verilişə gəlmisənsə, suallara cavab verməlisən. Əks halda pulu qazanmayacaqsan" deyib. Samirə isə bunun qarşılığında səs rejissorunun studiyaya yaxınlaşaraq üstündəki mikrofonu açmasını tələb edib və bu sözləri dilə gətirib:

"Adam qarşılıqlı hörmət qoyar. Mən heç kimə icazə vermərəm ki, ailəm mövzusunda danışsın. Ailəm bilər mən bilərəm. Bunun heç kimə aidiyyatı yoxdur. Ailəmlə nə etmişik özümüz bilərik".